Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:33
-
Mayın 13-də İran və dünyanın 6 aparıcı dövləti Vyanada danışıqlara başlayır.

Danışıqların məqsədi yekun nüvə razılaşması əldə etməkdir.

Bundan bir gün əvvəl BMT-nin Atom Enerjisi Agentliyinin İranla görüşü başa çatıb. Görüşdən sonra İranın nüvə silahı hazırlamaq ehtimalı ilə bağlı Qərbin narahatlığının azaldılması üçün yeni addımlarla bağlı hər hansı açıqlama verilməmişdi.

Atom Agentliyi bir onu deyib ki, İran nüvə sahəsində mayın 15-dək yerinə yetirməyə söz verdiyi şəffaflıq tədbirlərini tam icra etmək üçün çox iş görməlidir.

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Susan Rice deyib ki, İran yoxlanılması mümkün olan tədbirlərə icazə verməlidir. Əks halda yekun razılaşma əldə edilməyəcək.

İranla danışıqlar aparan dünya dövlətləri 5+1 formatında çıxış edirlər. Bunlar ABŞ, Britaniya, Fransa, Çin və Rusiyadan ibarət BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG