Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:16
-
ABŞ Donetsk və Luqansk vilayətlərində ötən bazar günü keçirilmiş “referendum”u tanımır.

Dövlət Departamentinin mətbuat katibi Jen Psaki referendumu qanunsuz adlandırıb.

Onun sözlərinə görə, bu “refrendum” Ukrayna qanunvericiliyinə ziddir və ölkənin parçalanmasına daha bir cəhddir.

Mayın 11-də Donetsk və Luqanskda bu vilayətlərin müstəqilliyi ilə bağlı “referendum” keçirilib.

Rusiyayönlü qüvvələr həmin səsvermə ilə Donetsk xalq respublikasını elan etdiklərini, mayın 18-də keçiriləcək ikinci səsvermə ilə Rusiyaya birləşəcəklərini bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG