Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:13
-
Mayın 13-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


WARLİCK-İN TƏŞƏBBÜSÜ: BIR ADDIM İRƏLİ, BİR ADDIM GERİ

“Turan” informasiya agentliyi ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick-in bu günlərdə Azərbaycan-Ermənistan münaqişəsinin tənzimlənməsi üzrə açıqladığı yeni təklifləri təhlil edib. Agentlik yazır ki, təkliflərinin müqayisəli təhlili (10 iyul 2009-cu ildə Fransanın Akvil kommunasında qəbul edilən tənzimləmə prinsiplərinə uyğun gəlir, onları yenilənmiş Madrid prinsipləri də adlandırırlar) uzun sürən sülh prosesində müsbət dinamikanı göstərir. Yenilənmiş Madrid prinsipləri bunlar idi:
1. Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması;
2. Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarə zəmanəti təmin edən aralıq statusu verilməsi;
3. Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz yaradılması;
4. İcbari hüquqi qüvvəyə malik rəy sorğusu ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi;
5. Qaçqın və köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması;
6. Beynəlxalq təhlükəsizlik zəmanəti və sülhyaratma əməliyyatlarının keçirilməsi.

MÜSTƏQİLLİK DÖVRÜNÜN ƏN BÖYÜK BÜDCƏSİ

“Azərbaycan” qəzetinin məlumatına görə, Milli Məclisdə 2013-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı müzakirələr başlanıb. Parlamentin İqtisadi siyasət komitəsinin dünən keçirilən iclasında qeyd olunub ki, 2013-cü ildə orta aylıq əməkhaqqı 6,2 faiz artaraq 423 manata çatıb. “Azəri Layt” xam neftinin 1 barelinin orta satış qiyməti 111,2 ABŞ dolları təşkil edib. Ölkənin strateji valyuta ehtiyatları 9 faiz artaraq 50 milyard dolları ötüb. İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova qeyd etdi ki, ölkədə ÜDM ötən il 5,8 faiz artaraq 57,7 milyard manat olub. Adambaşına ÜDM həcmi 4,4 faiz artaraq 6207,3 manat (7912,5 dollar) təşkil edib.

“QƏRB AZƏRBAYCANI DƏSTƏKLƏMƏK QƏRARI VERİB”

Vəfa Quluzadə

Vəfa Quluzadə

Politoloq Vəfa Quluzadə “Azadlıq” qəzetinə müsahibə verib. Politoloq Fransa prezidenti Francois Hollande-nin Bakıya səfəri barədə deyir ki, bu səfər Qarabağ problemini həll etməyə istiqamətlənən ciddi bir addımdır. “Çünki Fransa kimi dövlətin prezidenti səfərinə məhz Azərbaycanda başlayıb. Əslində bu təsdiq edir ki, Qərb Azərbaycana böyük önəm verir. Ümidvaram ki, Fransa prezidentinin Azərbaycana səfərinin nəticəsi müsbət olacaqdır və bu səfər Qarabağ məsələsinin həllinə müsbət təsir edəcək. Bu səfərin eyni zamanda Azərbaycanı Rusiya təcavüzündən qorumağa müvəffəq olacağına inanıram. Çünki Azərbaycana qarşı müxtəlif hədələr gəlir. Bəzi analitiklər deyir ki, Ukraynadan sonra növbə Azərbaycanındır, Azərbaycandakı “5-ci kalon” Rusiya meylli bəyanatlar səsləndirir. Bu tip açıqlamalar Qərbi narahat etməlidir. Ona görə Ollandın səfəri olduqca əhəmiyyətli hadisədir. Düşünürəm ki, bu səfərdən sonra konkret addımlar atılmalıdır. Azərbaycanın, Gürcüstanın və Ermənistanın Rusiya təsirindən qorumaq üçün Qərb tədbirlər görməlidir. Ermənistan tam formada Rusiyanın təsiri altındadır. Azərbaycanla, Gürcüstan isə ərazi bütövlüklərini itiriblər. Bütün bu məsələləri Qərb nəzərə almalıdır. Uzun müddətdir ki, Azərbaycan mətbuatı, ictimaiyyəti baş verənləri qabardır”.

“BÖHRAN MASASI”


Fəaliyyətinə xitam verilmiş İctimai Palatanın Koordinasiya Şurasının üzvlərinin və digər bir sıra tanınmış ictimai-siyasi xadimin bir araya gəldiyi Düşüncə Mərkəzi xüsusi konsepsiya ilə hərəkət edir. Düşüncə Mərkəzində təmsil olunan politoloq Zəfər Quliyev “Yeni Müsavat”a açıqlamasında deyib ki, bu ideya ortaya çıxan ilk gündən iştirakçılar ideyanı necə reallaşdırmağı çox ciddi müzakirə edib.

Ümumi yanaşma ondan ibarətdir ki, əvvəlki dövrlərdə olan qurumlardan, birliklərdən fərqli olaraq bu ideya hansısa bir dar çərçivəyə salınmamalıdır: “Ona görə ki, ideya hansısa dar çərçivəyə salınsa, dərhal ona ad qoyulsa, daxili nizamnamə, tərkib ilk gündən müəyyənləşsə, Düşüncə Mərkəzinin də taleyi əvvəlki qurumların taleyi kimi ola bilər. Ona görə də ümumu razılıq ondan ibarətdir ki, bunu sərbəst axın kimi buraxırıq. Bu Düşüncə Mərkəzi ilk növbədə bizim tanınmış ziyalılar, ictimai-siyasi xadimlər, politoloqlar, iqtisadçıların iştirakı ilə formalaşır. Qapılar tam açıqdır, Azərbaycanın aktual problemlərinin müzakirəsində iştirak etmək istəyənlər buraya qatıla bilərlər”.

BAKIDA SEKS-İNDUSTRİYA: GÜNƏ BİR MİLYON DOLLARDAN ÇOX QAZANC

fahişə

fahişə

“Эхо” qəzeti Bakıdakı seks-industriya barədə yazı dərc edib. Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev qəzetə deyib ki, Bakıdakı kafe, sauna, bar və digər yerlərin sayına uyğun olaraq, gündə 3 mindən çox fahişənin qazanc dalınca çıxdığını söyləmək olar. Bu faktı nəzərə alaraq, seks-industriyadan minimal gəlir bir milyon dollardan artıqdır. Onun sözlərinə görə, təkcə fahişələri günahlandırmaq düzgün deyil, onların xidmətlərindən yararlanan müştəriləri qınamaq lazımdır. Fahişələr üçün ən aşağı qiymət 10 manatdır, onları əsasən Səməd Vurğun parkının yaxınlığında tapmaq olar. Ümumilikdə isə qiymət 30-800 manat arası dəyişir.

DEPUTAT ADİL ƏLİYEVDƏN JURNALİSTİN DÖYÜLMƏSİNƏ REAKSİYA

“Haqqımda dedi-qodu, yalan xəbərlər yaymağa çalışırlar. Ona görə də iki məsələyə aydınlıq gətirməyə qərar verdim”. Millət vəkili Adil Əliyev son günlər gündəmdə olan jurnalist Fərahim İlqaroğlunun döyülməsində onun adının hallanmasına və ictimaiyyətə doğru olmayan informasiya verməsi ilə ittiham edilməsinə reaksiya verib. “Qafqazinfo” xəbər verir ki, deputat bu barədə facebook hesabında ətraflı açıqlama yazıb. Deputat yazır:

“Mənim “günahım” bircə ondan ibarətdir ki, jurnalistə bədən xəsarəti yetirməyi sifariş etdiyi iddia olunan idmançının rəhbəri olduğum Kikboksinq Federasiyası nəzdində keçirilən yarışlarda iştirak etməsi olub. Bəzi saytlarda həmin idmançı ilə mənim şəklimi yanaşı qoyublar. İnternetdə axtarış versəniz, yüzlərlə, bəlkə də minlərlə idmançı ilə ortaq şəklimin olduğunu görərsiniz”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG