Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:39

Atəşkəs dövründə 610 hərbçi dünyasını dəyişib


-
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 1994-2014-cü illərdə - Atəşkəs müqaviləsinin qüvvədə olduğu 20 il ərzində cəbhə xəttində dünyasını dəyişən və yaralanan Azərbaycan əsgərlərinin statistikasını açıqlayıb. “Doktrina” JHAM direktoru Cəsur Sümərinlinin sözlərinə görə, 20 il ərzində (1994-cü ilin 12 mayından 2014-cü ilin 12 mayına qədər) cəbhə xəttində ən azı 610 Azərbaycan hərbçisi erməni gülləsindən dünyasını dəyişib. Həmin dövrdə yaralananların ümumi sayı isə 750 nəfərdən yuxarıdır. “Bizim kütləvi informasiya vasitələri üzərində apardığımız monitorinqin nəticələri, hərbi mənbələrdən əldə etdiyimiz məlumatlar, eyni zamanda əsgər valideynlərindən əldə etdiyimiz müxtəlif informasiyalara görə, itkilərin sayı təxminən bu göstərici çərçivəsindədir”, - C.Sümərinli bildirib.

120 NƏFƏR MİNA PARTLAYIŞINDAN ÖLÜB

20 il ərzində 120-dən artıq Azərbaycan hərbçisi mina partlayışından dünyasını dəyişib. 200-dən artıq hərbi qulluqçu isə mina partlayışından yaralanıblar.

Bundan başqa, 20 il ərzində Azərbaycanın 40-dan artıq mülki vətəndaşı yaralanıb, həmin dövrdə həlak olan mülki vətəndaşların sayı isə 15-dir. Mina partlayışından dünyasını dəyişən mülkilərin sayı 18 nəfər, yaralananların sayı isə 25 nəfərdir. Qeyd edilən dövrdə Azərbaycanın 9 mülki vətəndaşı girov götürülüb, sonradan qaytarılıblar.

Atəşkəs dövründə Azərbaycan Silahlı Qüvvələrinin 30-dan artıq hərbi qulluqçusu əsir götürülüb və onlardan 5-i 3-cü ölkəyə göndərilib, qalanları isə müxtəlif vaxtlarda Azərbaycana qaytarılıblar.

“Doktrina” JHAM direktoru göstəricilərin qeyd olunanlardan yüksək ola biləcəyini də istisna etmir.
XS
SM
MD
LG