Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:07

Dünyada hər 10 nəfərdən 4-ü işgəncəyə məruz qalacağından qorxur


Arxiv fotosu. Kazaxistanda Sovet rejiminin işgəncə mexanizmlərini səhnələşdirən muzeydən görüntü.

Arxiv fotosu. Kazaxistanda Sovet rejiminin işgəncə mexanizmlərini səhnələşdirən muzeydən görüntü.

.
İşgəncələr hökumətlərin xəyanətidir

Amnesty İnternational beynəlxalq insan haqlarını müdafiə təşkilatının “İşgəncə 2014 – Pozulmuş Vədlərin 30 ili” adlı illik hesabatı açıqlanıb.

Mayın 13-də açıqlanan hesabatda dünya boyunca hökumətlər işgəncə təcrübəsinə son qoymaq vədlərinə xəyanətdə günahlandırılır.

Beləki, 1984-cü ildən bəri 155 ölkə BMT-nin İşgəncələrə qarşı Konvensiyasına imza atıb.

Amnesty International hazırkı hesabatda bu ölkələrdən 142-də mövcud vəziyyəti araşdırıb və bu nəticəyə gəlib ki, həmin ölkələrin 79-da işgəncələrdən hələ də istifadə olunur. Bu, Konvensiyaya imza atanların yarısından çoxu deməkdir.

40 ölkə Konvensiyaya hələ də qoşulmayıb, lakin onlar da işgəncələr üzərinə qoyulmuş qlobal qadağana riayət etməyə borcludur.
İşgəncə xofu da işgəncədir

Hesabatın maraqlı hissələrindən biri də insanların öz ölkələrində işgəncə qorxusundan nə qədər azad olduqlarını müəyyənləşdirib.

Bəlli olub ki, bütün dünya üzrə hər 10 nəfərdən 4-ü həbs olunarsa, özünü işgəncədən tam qorunmuş hiss etmir.

Belə bir bəyanat səsləndirlir: Əgər hakimiyyət məni mənim ölkəmdə həbs etsə, əminəm ki, işgəncəyə məruz qalmayacağam.

Burada maraq doğuran bu bəyanata inanların ölkədən ölkəyə faiz fərqidir. Lakin ən demokratik ölkələrdə də adamlar işgəncəyə məruz qalmayacaqlarına 100 faiz əmin deyillər.

Braziliyada adamların yalnız 18 faizi özünün işgəncədən qorunmuş olduğunu düşünür.

Türkiyədə bu rəqəm 36, Rusiyada 39 faizdir. İşgəncələrdən ən az Britaniya (15%), Avstraliya (16%) və Kanadada (21%) qorxurlar.
İşgəncələrə qarşı qanunlar

Daha bir sual işgəncələrə qarşı beynəlxalq qanunlarrın əhhəmiyyətinə aiddir. Qlobal miqyasda insanların 82 faizi əmindir ki, işgəncələrə qarşı beynəlxalq qanunların olması mühümdür.

Hesabatda üçüncü sual, necə deyərlər, daha böyük ustalıqla qoyulub: “Bəzən ictimaiyyətin qorunması üçün informasiya almaq məqsədilə işgəncələrdən istifadə zəruri və məqbul sayıla bilər”.

Dünya üzrə adamların 36 faizi bu bəyanatı doğru sayır, 12 faiz isə məsələnin bu cür qoyuluşu ilə tam razıdır.

Bu göstəricinin ölkələr üzrə necə olduğu da maraq doğura bilər. Çin və Hindistanda adamların 74 faizi inanır ki, işgəncələrdən istifadə zəruri ola bilər.

Məsələn, ABŞ-da adamların 45 faizinin belə düşünməsi gözlənilməz olub.

Əksinə, Rusiya və Türkiyədə müvafiq olaraq adamların 25 və 32 faizi işgəncələrin zəruri ola biləcəyini qəbul edir.

Nəzərə alaq ki, hətta Britaniyada bu rəqəm 29 faizdir.

İşgəncələrin zəruri ola biləcəyinə ən az Yunanıstan, Argentina, İspaniya, Almaniya, Braziliya və Çilidə inanırlar.
İşgəncəyə bənzər zorakılıqlar
Hesabatda deyilir ki, işgəncə adətən repressiya qüvvələrinin aləti olsa da, ona yalnız zülmkarlar və diktatorlar əl atmırlar. Bu gün işgəncədən bütün dünya boyunca ölkələrin hökumətləri informasiya qoparmaq, etiraflara nail olmaq, fərqli düşüncəni boğmaq və sadəcə olaraq cəza kimi istifadə edirlər.

Sənəddə bu da qeyd olunur ki, işgəncələrdən istifadə edənlər bunu danır və nəticə etibarilə cəzasız qalırlar.

Hesabatın Avropa və Mərkəzi Asiya bölümündə qeyd olunur ki, bu regionda işgəncələr və pis rəftar əsasən keçmiş sovet respublikalarında geniş yayılıb və işgəncələrə qarşı qanunvericiliyin mövcudluğuna baxmayaraq, bu praktikanın kökünün kəsilməsində heç bir irəliləyiş baş verməyib.

Buradaca etiraz aksiyaları keçirənlərə qarşı cəzalandırıcı zorakılıqlardan söz açılır.
Hesabatda vurğulanır ki, 2013-2014-cü illərdə Amnesty İnternational Rusiya, Azərbaycan və əsasən də Ukraynada etirazçılara və müxalifət fəallarına qarşı aşırı zorakılıqlarla bağlı bir sıra halları sənədləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG