Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:41

Məşhur kitab saxta çıxdı - 22 milyon dollarlıq cəza


İndependent
İndependent
-

Guya 4 yaşlı qız alman əsgərini öldürüb.

Guya meşədə qabağına çıxan canavarlar həmin qızı yeməyib bəsləyiblər.

Guya onun valideynlərini yəhudi olduqları üçün nasistlər öldürüblər...

Yazıçının özünə uydurduğu tərcümeyi-hal saxta çıxdı. “Mişa” adlanan həmin memuarı müəllif sadəcə, uydurubmuş.

Bu həmin memuardır ki, 1997-ci ildə çap ediləndən bəri dünyanın 18 dilinə çevrilib. Hətta kitab əsasında film də çəkilib (Video).

Müəllif Misha Defonseca bu illər ərzində bütün dünya boyu yəhudi icmalarını gəzib və özünü Holokost qurbanı kimi qələmə verərək “başına gələnləri” nəql edib.

İndi Amerikada yaşayan 76 yaşlı Defonseca özünə saxta bioqrafiya yaratdığını etiraf edib və ona 22 milyon dollarlıq cəza verilib.

Saxtakarlığın üstünü isə kitabı çap etmiş nəşriyyat açıb.

Məsələ burasındadır ki, müəllif 2002-ci ildə “Mt. Ivy Press” nəşriyyatına qarşı iddia qaldıraraq, kitaba görə almalı olduğu qonorarın kəsildiyini iddia edib və məhkəmə yolu ilə nəşriyyatdan milyonlarla dollar almağa nail olub.

Büdcəsinə böyük zərbə dəyən nəşriyyatın rəhbəri Jane Daniel yazarın keçmişini araşdırmağa başlayıb. Məlum olub ki, Defonsecanın əsl adı Monica Ernestine Josephine De Wael-dir, sənədlər onun 1943-cü ildə Brüssel məktəblərinin birində oxuduğunu göstərir (halbuki kitabda o həmin vaxt Avropa çöllərini, meşələrini dolaşıb valideynlərini axtardığını yazır).

Onun valideynləri isə yəhudi yox, belçikalı imişlər. Həqiqətən nasistlər onları həbs edib, amma Belçika Müqavimət Hərəkatının üzvləri olduqları üçün.

Məhkəmənin qərarı ilə yazıçı nəşriyyata 22 milyon dollar qaytarmalıdır.

Yazıçı "aldadıldıqlarını düşünənlərin hamısından" üzr istəyib. Bildirib ki, o, başına gələnləri bədiiləşdirib.

"İndependent"ə istinadla oxuzali.az

Memuar əsasında çəkilmiş filmin treyleri
XS
SM
MD
LG