Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:23

Politoloq Qarabağ üçün Francois Hollande-dan istədiyini eşitmədiyini deyir


Azərbaycan prezidenti İlham Əliyev (solda) Bakıda fransalı həmkarı Francois Hollande ilə görüşür. 12 may 2014
Azərbaycan prezidenti İlham Əliyev (solda) Bakıda fransalı həmkarı Francois Hollande ilə görüşür. 12 may 2014
-
Fransa prezidenti Francois Hollande-nin Azərbaycana səfərini şərh edən politoloq Fikrət Sadıqov deyir ki, Nicolas Sarkozy-nin Bakı səfəri ilə indiki prezidentin səfəri arasında fərq var.

«Fransa prezidenti Francois Hollande-dən Azərbaycanın maraqlarına cavab verən bəzi ifadələri də eşitdik. Həm Dağlıq Qarabağ məsələsi, həm də humanitar, iqtisadi, nəqliyyat, enerji layihələri sahəsində ikitərəfli münasibətlərin inkişafı ilə bağlı.

Amma bu da bir reallıqdır ki, biz Fransanın dövlət başçısının səfərindən sonra hansısa inqilabi dəyişiklik gözləməməliyik. Fransanın strateji maraqları dəyişilməz qalır. Onların bu regionda Ermənistanla bağlı öz prioritetləri var. Eyni zamanda Azərbaycanla Fransa arasında münasibətlər inkişaf edəcək.

Azərbaycana ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətə başçılıq edən siyasətçi gələndə bizim maraqlarımıza cavab verən ifadələri eşitməyi çox istərdik. Amma bunu eşitmədik. Ümumi ifadələr, sülh yolu ilə məsələni həll etmək, Minsk Qrupu formatında danışıqları davam etdirmək tövsiyəsi... Bunları bilirik, çox istərdik ki, belə aparıcı dövlətlərin başçıları bu məsələyə daha ədalətli yanaşaydı».

Fikrət Sadıqov Fransa prezidentinin müxalifət liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşünə də toxunub

«Hollande Sosialist Partiyasının rəhbəridir. Hakimiyyətə də sosialist kimi gəlib. Sosialist Partiyasının da siyasi platforması insan haqlarını müdafiəsi ilə sıx bağlıdır».

Francois Hollande 1979-cu ildən Sosialist Partiyasının üzvüdür. 1997-ci ildən 2012-ci ilə qədər Korrezdən millət vəkili seçilib. 2001-ci ildən 2008-ci ilə qədər Tuluzanın bələdiyyə sədri olub. 2012-ci il Fransada keçirilən prezident seçkilərinin ikinci turunda səslərin 51.7 faizini alıb.

Fransa prezidenti mayın 11-də Bakıya gəlib, O, mayın 12-də Azərbaycana səfərini başa çatdıraraq Ermənistana yola düşüb. Francois Hollande Yerevandan sonra da Tbilisiyə səfər etməyi planlaşdırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG