Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:24

Fransa prezidenti münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir


Fransa prezidenti Francois Hollande Bakıda deyib ki, onun regiona səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək üçündür və Fransa ölkələrin ərazi bütövlüyünü və münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklıəyir.
Fransa prezidenti deyib ki, onun Cənubi Qafqaz səfəri Ukrayna böhranı ilə də bağlıdır, ancaq bu səfər heç bir ölkəyə qarşı deyil.

Hollande deyib ki, “biz heç bir ölkəni başqası ilə əməkdaşlıqdan çəkindirmirik”.

Mayın 11-də Bakıya gələn Hollande mayın 12-də Bakıdan Yerevana gedir. Onun regiona səfəri Tbilisidə başa çatacaq.
XS
SM
MD
LG