Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:16

Anar Məmmədlinin cinayət işi üzrə məhkəmədə nazirlik əməkdaşları dindirilib


Anar Məmmədli

Anar Məmmədli

-

Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib.

Vəkil İradə Cavadovanın bildirdiyinə görə məhkəmədə maliyyə və vergi nazirliklərinin əməkdaşları da dindirilib:

«Bəzi şahidlər dindirildi. Bir də yoxlama aktı tərtib edən iki nəfər ekspert - maliyyə və vergi nazirliklərinin iki nəfər əməkdaşı dindirildi. Sabah yəqin ki, əlavə şahidlər də dindiriləcək. Şahidlər öz ifadələrində heç bir qanun pozuntusunun olmadığını vurğuladılar. Ancaq, yoxlama aktı üzrə ekspertlərin cavabları bizi qane etmədi. Maliyyə Nazirliyinin bu işə ekspert kimi dəvət olunması və yoxlama aktına cəlb olunması ümumiyyətlə başa düşülən deyildi. Vergilər Nazirliyinin əməkdaşı da suallara bizi qane etməyən cavablar verdi. Biz çox təəssüflənirik ki, ondan konkret olmayan cavablar aldıq. Digər ekspertlərin cavablarını gözləyirik».

Növbəti məhkəmə prosesi mayın 13-də keçiriləcək.

Anar Məmmədli 2013-cü ilin dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir.

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty International Anar Məmmədlini vicdan məhbusu sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG