Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:30

Məktəbli qızları oğurlayıb-qaçıqran islamçılar onları yaraqlılara dəyişmək istəyir


Videodan bir hissə

Videodan bir hissə

Nigeriyada məktəbli qızları oğurlayıb-qaçıran islamçı təşkilat Boko Haram 17 dəqiəqlik video yayıb. Bu videoda 100-ə yaxın qız göstərilir və deyilir ki, Boko Haram onları həbsdə olan yaraqlılara dəyişə bilər.

Videodakı qızların başı bağlıdır və onlar dua edirlər. Videoda 3 qız danışır. Onlardan 2-si deyir ki, xristian idilər, indi islamı qəbul ediblər.

Bir qız isə deyir ki, onlarla heç kim pis rəftar etməyib.

Boko Haram Nigeriyada aprelin 14-də 270 məktəbli qızı oğurlayıb. Bu vaxt 50 qız qaça bilib. Boko Haram 2009-cu ildən Nigeriya hökumətinə qarşı qanlı mübarizə aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG