Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:24
​“Müalicəmə görə Bakıdakı evimizi satdıq. Küçədə qalmamaq üçün bu düşərgəyə sığındıq. 30 yaşlı oğlum Seyfulla birinci qrup əlildir. Elə özüm də anadangəlmə şikəst, birinci qrup əliləm. Anamın yaşayış yeri olmadığına görə, o da bizimlə qalır. Vəziyyətimiz dözülməzdir”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Pirşağıdakı “Lalə” düşərgəsində yaşayan Xatirə Xocaxanova deyir. O, yaşayış şəraitlərinin ağırlığından danışır:

"GƏLƏN PULUN HAMISI DƏRMANA GEDİR"

“Biz əslən Salyandanıq. Köçkünlərlə birlikdə yaşayırıq. Onların yaşayışı bizə baxanda xeyli ürəkaçandır. Əlilliyə görə oğlum və mən - hərəmiz 55 manat təqaüd alırıq. Anam da cüzi pensiya alır. Gələn pulun hamısı elə həmin gün dərmana gedir. Biz yavan çörəyə də pul çatdırmırıq”.

Xatirə Xocaxanovanın anası Fatimə Xocaxanova 15 ildir ki, ev növbəsinə dayandıqlarını deyir:

“O vaxt evi satıb pulu övladımın müalicəsinə xərclədim. Gedib Xətai rayonu İcra Hakimiyyətində ev növbəsinə dayandım. Məndən sonra növbəyə dayananlara ev verilib, mənə yox”.

Arxiv fotosu

Arxiv fotosu

"BİR GÜN MƏHKƏMƏYƏ GEDƏNDƏ DEDİLƏR, ÇOXDAN MƏHKƏMƏ BİTİB"

Fatimə Xocaxanova mənzillə bağlı Xətai rayon Məhkəməsində iddia da qaldırıb. Amma:

“Məhkəməyə elə bircə dəfə çağırıldım. Sonralar çağırılmadım. Bir dəfə özüm durub məhkəməyə getdim, görüm niyə məni çağırmırlar? Dedilər ki, sizin məhkəmə çoxdan bitib, iddianız da təmin olunmayıb. Demə, mənim iddiam əsasında məhkəmə keçiriblər, özü də mənim iştirakım olmadan. Qətnaməni də mənim xəbərim olmadan çıxarıblar”.

Fatimə Xocaxanova rütubətli daxmada qızının və nəvəsinin vəziyyətinin gündən günə ağırlaşdığını deyir:

"Qışda vəziyyətimiz lap acınacaqlı olur. Rütubətdən ciyərlərimiz şişir. Hər gün elə bilirik ki, əzrayıl qapının arxasındadır".

Xətai rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, rayon ərazisində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin sifarişi ilə tikilən evlər müharibə əlillərinə və Qarabağ müharibəsində həlak olanların ailələrinə verilir.

Xocaxanovların yaşadığı ərazi üzrə Sabunçu rayon Sosial Müdafiə Mərkəzindən isə bildirdilər ki, həmin ailə ünvanlı sosial yardım üçün müraciət etsə, baxılar. Ancaq bunun üçün gərək Xocaxanovlar qeydiyyatda olduqları Salyan rayonundan qeydiyyatda olduqları ünvan barədə arayış təqdim etsinlər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG