Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 08:53

Britaniya Xarici İşlər nazirliyinin Avropa məsələləri üzrə naziri David Lidington Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında sazişin 20 illiyi ilə bağlı bəyanat verib.

Nazir bəyanatında bildirib ki, saziş bağlansa da, real sülh əldə edilməyib: «Snayper atəşi hər iki tərəfdən can almaqdadır, atəşkəsdən də gənc olan əsgərlər döyüşür. Hələ də minlərlə məcburi köçkünün əksəriyyəti acınacaqlı vəziyyətdə yaşayır. Hər iki tərəf güzəştlərə gedəndə sülh mümkün olacaq».

David Lidington deyir ki, bir nəsil Ermənistan və Azərbaycan arasında münaqişə barədə məlumatlıdır, halbuki hər iki xalqın sülh içində yaşaya bildiyi uzun, birgə tarixi var.

Britaniyalı nazir bəyanatında ölkəsinin sülh prosesinə hər zaman töhfə verdiyini vurğulayır, deyir ki, onlar münaqişənin tənzimlənməsinə çalışan ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir:

«Minsk qrupunun amerikalı həmsədri James Warlick mayın 7-də işğal altındakı torpaqların qaytarılması və Dağlıq Qarabağın statusu məsələləri ilə bağlı aydın şəkildə açıqlama verib. Ümid edirəm ki, hər iki tərəfin liderləri münaqişənin həlli üçün siyasi cəsarət göstərəcəklər».

Günün bütün mövzuları

XS
SM
MD
LG