Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:47

Fransa və Azərbaycan arasında bir neçə sənəd imzalanıb



Mayın 12-də Azərbaycan və Fransa prezidentləri İlham Əliyevlə Francois Hollande nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşüblər.

President.az saytının məlumatına görə, bunda sonra Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi olub.

Elmin İnkişaf Fondu ilə Fransanın müvafiq qurumu, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Fransa Kənd Təsərrüfat və Emal Nazirliyi, Azərbaycan Nəqliyyat Nazirliyi və Fransa Nəqliyyat, Davamlı İnkişaf Nazirliyi, Azərbaycan Energetika Nazirliyi və Fransanın Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi, Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fransa Qadın Hüquqları, Şəhər, Gənclər və İdman Nazirliyi arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

Azərbaycan Təhsil Nazirliyi ilə Fransa Milli Təhsil, Ali Təhsil və Təhqiqat Nazirliyi arasında niyyət məktubuna da imza atılıb.
XS
SM
MD
LG