Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:45
-
Rusiya baş nazirinin müavini Dmitry Rogozin Kişinyova xəbərdarlıq edir ki, Moldova AB ilə Assosiasiya sazişi imzalasa, bunun mümkün nəticələri ola bilər.

Mayın 12-də Rusiyanın gündəlik “Kommersant” qəzetinə müsahibəsində Rogozin deyib ki, bu saziş imzalansa, Moskva Moldova ilə iqtisadi münasibətlərinə yenidən baxacaq.

Onun sözlərinə görə, AB-yə birləşməzdən öncə, üzvlər NATO-ya qoşulub və Moldova AB-yə qoşulmağı seçsə, neytral statusu dəyişəcək.

Rogozin deyir ki, Rusiya bunun əvəzində Moldova ilə Moskvanın rəhbərlik etdiyi Gömrük İttifaqı ilə daha yaxın münasibəti alqışlayardı.

Müsahibədən bir gün əvvəl Moldova rəsmiləri Kişinyovda Rusiya təyyarəsindən petisiyaları müsadirə edib. Rogozin həmin təyyarə ilə separatçı Dnestryanı bölgəyə səfərdən sonra Moskvaya qayıdırmış.

Məlumatlara görə, petisiyaları Dnestryanı bölgənin sakinləri imzalayıb və bu ərazinin Rusiyaya birləşdirilməsini istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG