Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:24
-
Elmlər Akademiyasının prezidenti AMEA-nın prezidentinin müşaviri, Azərbaycan Marketinq Cəmiyyətinin sədri Rəhim Hüseynov vəfat edib.

Bu barədə onun yaxınları Facebook sosial şəbəkəsində yazıblar.

Rəhim Hüseynov 1961-ci il iyulun 22-də Bakı şəhərində anadan olub.

O, 1978-1983-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Mühəndis-iqtisad fakültəsində təhsil alıb. 1991-92-ci illərdə İstanbul Dövlət Universitetində İdarəetmə fakültəsində magistr pilləsi üzrə təhsilini davam etdirib.

AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində mühəndis, böyük mühəndis, böyük iqtisadçı, I dərəcəli iqtisadçı vəzifələrində çalışıb.

O müxtəlif vaxtlarda İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Mərkəzi və nazirliyin Antiinhisar Siyasəti Departamentinin direktoru, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti yanında Elmin İnkişafı Fondunun müşaviri vəzifələrində çalışıb.

Rəhim Hüseynov sosial şəbəkələrdə də fəal olub. O mayın 9-da paylaşdığı son statusunda çay dəsgahı vədini verib: “Pаскройте свои способности!” Kim bu ifadəni azərbaycancaya ən kreativ tərcümə edə bilsə, məndən bir samovar çayı dəsgahı”.
Rəhim Hüseynovla vida mərasimi bu gün saat 14:00-da Təzəpir məscidində olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG