Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:53

Oğlunun qatilini bağışlayan iranlı qadın “İlin anası” seçildi [Fotosessiya]


İranda oğlunun qatilini əfv edən ana

İranda oğlunun qatilini əfv edən ana

-
İranda oğlunun qatilini edam kürsüsündə əfv edən və qatilin boynundakı ilməyi əlləriylə çıxaran ana Samereh Ali Nezhad Maltepe bələdiyyəsi tərəfindən “İlin anası” seçilərək “Anadolu hümanizmi mükafatı”na layiq görülüb.

Türkiyənin “Cümhuriyet” qəzetinə müsahibə verən xanım Nezhad əhv səhnəsini belə təsvir edib:

“Edam günü hər kəs orada toplanmışdı. Qatili edam kürsüsünə gətirdilər. Onu bağışlamağım üçün mənə yalvardı. O anda içimdən gələn bir şapalaq vurdum qatilə və o dəqiqə bütün kin və nifrətimin əridiyini hiss etdim. Ərimə dedim ki, gəl, qatili edam kürsüsündən endirək. O gündən sonra içimde çox böyük bir hüzur hiss edirəm...”.

XS
SM
MD
LG