Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:57
-
Müsavat Partiyası Azərbaycanda siyasi, ictimai fəalların həbsi, gənc fəallar barəsində çıxarılan məhkəmə hökmlərinə etiraz məqsədilə mayın 18-də mitinq keçirməyi planlaşdırır.

Bu barədə Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı “Yeni Müsavat” qəzetinə məlumat verib. Bildirib ki, artıq bir sıra siyasi və ictimai qurumlarla aparılan danışıqlarda razılaşmalar əldə edilib və mitinq keçirmək üçün müraciət artıq hazırlanıb. Müraciətin mayın 12-də Bakı Şəhər İcra Hakimiyyətinə göndəriləcəyi nəzərdə tutulub.

Mitinq üçün məkan qismində Yasamal rayonundakı “Məhsul” stadionunun ayrılması BŞİH-dən istəniləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG