Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:54

Milli qvardiya Krasnoarmeysk şəhərində referendumun qarşısını alır


İllüstrasiya fotosu

İllüstrasiya fotosu

Donetsk vilayətinin Krasnoarmeysk şəhərinə Ukrayna Milli qvardiyanın hissələri daxil olub. Bu haqda xəbər verən AzadlıqRadiosu Rusiya xidməti yazır ki, hökumət qoşunları yerli şəhər sovetinin və polis bölməsinin binalarını nəzarətə götürüblər.

Separatçı “Donetsk xalq respublikasının” nümayəndəsi Miroslav Rudenko bildirib ki, şəhərdə referendum təşkil edənlər bütün sənədləri və bülletenləri gizlədə biliblər. Bəzi Ukrayna mətbuatı isə yazır ki, təhlükəsizlik qüvvələri bülletenləri müsadiər ediblər.

İstənilən halda, Krasnoarmeyskdə referendum dayandırılıb.

Separatçıların nümayəndəsinə əsasən, baş verənləri narazılıqla qarşılayan şəhər sakinləri kortəbii mitinqə toplaşırlar.

Xatırladırıq ki, mayın 11-də Donetsk və Luqansk vilayətlərində yaraqlı separatçıların təşəbbüsü və təşkilatçılığı ilə Ukraynanin bu şərq bölgələrinin müstəqilliyi haqda referendum keçirlir. Rəsmi Kiyev referendumları qanuna zidd adlandırır, referndum təşəbbüskarları olan silahlı qruplaşmalara qarşı xüsusi əməliyyatlar həyata keçirir.

Son günlər Slavyansk, Kramatorsk və Mariupol şəhərlərində yaraqlılarla hökumət qoşunları arasında silahlı toqquşmalar verib, bu toqquşmalarda həe 2 tərəfdən və dinc əhali arasında onlarla adam həlak olub, çoxlu yaralananan var.

Günün bütün mövzuları

XS
SM
MD
LG