Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:45
Qarabağ müharibəsi veteranı, II qrup əlil Əlövsət İsmayılov sözün əsl mənasında küçədə qalıb. Deməsinə görə, Füzuli küçəsi ev 24 - doğulub boya-başa çatdığı bu ünvanın yerində 3 ildən artıqdır ki, ağac əkilib, park salınıb, çayxanalar tikilib. Ailə üzvləri qohum evlərinə sığınıb. Özü də bir müddət qohum evində yaşayıb. Ancaq indi küçədə gecələyir:

“Ailəm Nəsimi rayon 21 saylı polis bölməsinə aparıldıqdan sonra evimi dağıtdılar. Bütün əmlakım talan edildi. “Qış Bulvarı” adı altında şəhərin tarixi mərkəzini mənimsədilər. şəxsən mənim evimin yerində çayxana açıblar. Bax, mənim evim o parkdakı çayxanalardan birinin yerində idi. Kimsə orada pul qazanır, mən, ailəm küçələrdə qalmışıq”.

Əlövsət İsmayılovun sözlərinə görə, əvvəlcə ona “Azinko” SC-nin tikdiyi binalardan mənzil təklif olunub. Sonradansa ev sənədlərində çatışmazlıq olduğunu əsas gətirərək nə ev, nə də pul verməyiblər.

"MƏHKƏMƏ QƏRARLARINDAN FƏLƏK DƏ BAŞ ÇIXARMAZ"

Əlövsət İsmayılov məhkəməyə də müraciət edib. Ancaq iddiası təmin olunmayıb:

“Məhkəmə elə bir qətnamə çıxarıb ki, qarşı tərəfə bu kişinin pulunu nə ver deyib, nə də vermə. Məhkəmənin çıxardığı qətnamədən nəinki heç bir vəkil, yəqin ki, fələk də gəlsə baş çıxarmaz. Bir var ikibaşlı qətnamə, bir var yüzbaşlı”.

Bakı Şəhər İcra Hakimiyyəti isə məhkəmə tərəfindən hüquqi qiyməti verilmiş məsələlərə münasibət bildirmir.

Bakı Şəhər İcra hakimiyyəti son 3 ildə şəhərin mərkəzindəki Füzuli, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev və Dilarə Əliyeva küçələrindəki evləri söküb. Əmlak sahiblərinin çoxu ödənilən kompensasiyadan narazı qalıb. Məhkəmələr onların Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddialarını təmin etməyib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG