Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:40

İlham Əliyev: «Yeni 10 illik dövr başlayır»


İlham Əliyev
İlham Əliyev
-
«Azərbaycanda vətəndaş müharibəsi başlayanda və torpaqlarımızın bir hissəsi işğal altına düşəndə xalq öz ümidini Heydər Əliyevin adı ilə bağlamışdır. 1993-cü ildə qardaş qırğını başlamışdır. O vaxt antimilli, xəyanətkar AXC-Müsavat hakimiyyəti qardaş qanını axıtdı. Bir tərəfdən torpaqlarımız işğal altına düşürdü, digər tərəfdən isə vətəndaş müharibəsi baş alıb gedirdi. Belə ağır vəziyyətdə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı böyük bəlalardan xilas etdi».

Bunu İlham Əliyev Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışında deyib.

AXCP sədrinin müavini Gözəl Bayramlı dövlət başçısını 1992-93-cü illəri xatırladanda o vaxtkı hakimiyyəti antimilli, xəyanətkar adlandırmasından təəssüfləndiyini bildirir:

İLHAM ƏLİYEV BU SÖZÜ DEYƏRKƏN...

«Halbuki həmin insanların əksəriyyəti Qarabağ uğrunda döyüşlərdə iştirak edib. Xalq Cəbhəsinin yüzlərlə üzvü o dövrdə həlak olub. Bu dəqiqə sıralarımızda nə qədər müharibə veteranları var. İlham Əliyev bu sözü deyərkən özünün həmin dövrdəki fəaliyyətini xatırlasa, yaxşı olar. Həmin vaxt Azərbaycana gəlməyə belə cürət eləməyən bir adam, həm atasının, həm də özünün hakimiyyətdə olduğu dövrdə bir qarış torpaq almayan adamın bu cür sözlər deməsi, «adımı sənə qoyaram, səni də yana-yana» məsələsini xatırladır. Xalqı bu ağır sosial durum içində yaşadan, xalqın sərvətlərini talan edib, ancaq bir ailənin büdcəsinə yığan dövlət başçısı bizi millətə xəyanətdə ittiham edir. Ancaq hamı xəyanətkarın, antimilli qüvvələrin kim olduğunu yaxşı bilir».

Müsavat Partiyası başqanının müavini Partiyası Gülağa Aslanlı isə bildirib ki, 1993-cü ildə baş verən hadisələr hərbi qiyam idi: «Hərbi qiyam nəticəsində qanuni hökuməti geri çəkilməyə məcbur elədilər. Qan tökülməsinin qarşısını almaqdan ötrü o vaxt həm baş nazir, həm də parlamentin sədri istefa verdi. Antimilli, xəyanətkar ifadəsinin Müsavat Partiyasına heç bir aidiyyatı yoxdur. Çünki biz həmişə milli qüvvələrlə bərabər olmuşuq».

Prezident deyib ki, «bu gün yeni dövr başlayır - yeni onillik dövr. Bu dövrdə biz əvvəlki illərdə əldə edilmiş möhkəm təməl üzərində möhkəm Azərbaycan dövlətini gücləndirəcəyik».

İlham Əliyev deyib ki, iqtisadi sahədə son on ildə dünya miqyasında Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. «Enerji təhlükəsizliyi məsələləri Azərbaycanda həll olunur və burada biz liderlik mövqelərimizi daha da möhkəmləndiririk».

Prezident 2023-cü ilə qədər nəzərdə tutulan bütün işlərin görüləcəyini vəd edib.
İlham Əliyev Heydər Əliyev Fondunun 10 ərzində böyük işlərə imza atdığını bildirib.

Prezident deyib ki, «Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir. Mehribanın rəhbərliyi ilə bir neçə istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Bir çox hallarda Fondun təşəbbüsləri bir qədər sonra həm ictimai təşkilatlar, eyni zamanda, dövlət qurumları tərəfindən dəstəklənmiş və bir növ dövlət proqramına çevrilib».

Heydər Əliyev Fonduna İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva rəhbərlik edir. 10 il fəaliyyət göstərən fondun maliyyə mənbələri məlum deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG