Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:01

Göytəpədən keçən qaz göytəpəlilərin işinə yarımır


Arxiv fotosu
Arxiv fotosu
Cəlilabadın Göytəpə kənd sakini Ələsgər Xanlarov AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edib ki, yaşadığı Axundov küçəsinə maye qazı qətrə-qətrə verirlər. Küçə sakinləri qaza həsrətdilər. Arabir sakinlərin əsəbləri coşanda Cəlilabad rayon Qaz İstismar Sahəsinə üz tuturlar. Nəticəsi də bu olur ki, küçəyə 2-3 günlük qaz verilir. Ancaq ara sakitləşən kimi qaz yenə qeybə çəkilir:

Ələsgər Xanlarov:

“Küçəmizdə qaz zəif gəlir, bir dənə qazpaylayıcı qurğu qoyublar, hər gələn paylayıcıdan qazın təzyiqini azaldır gedir. Şikayət elədik, ərizəylə müraciət elədik, gətirdilər qazpaylayıcı qoydular. 15-20 gündür qoyulub, ancaq yenə 2 gündür qaz yoxdur. Bizim küçənin adamları əziyyət çəkirlər”.

Şikayətçinin sözlərinə görə, əslində əziyyət çəkmələrinə səbəb odur ki, rayon mərkəzinə gedən qaz borusunda təzyiqi artırmaq üçün kəndə qaz verilişini tez-tez dayandırırlar. Yəni rayon mərkəzində yaşayanları kəndlilərin soyuqdan donmaları hesabına isindirirlər:

"QAZ ELƏ GÖYTƏPƏDƏN KEÇİB GƏLİR Kİ..."

“Qaz xətti bizim kənddən keçib rayona gedir. Ümumi qaz borusundan kəndə dönən xətti bağlayanda rayona çox qaz gedir. Ona görə də tez-tez bizim xətti bağlayırlar”.

Cəlilabad rayon Qaz İstismar Sahəsindən isə deyilənləri təəccüblə qarşılayırlar:

- Qaz elə Göytəpə tərəfdən gəlir ki...

- Şikayətçi də bunu deyir. Ancaq onun deməsinə görə, ümumi xətdən kəndə gedən xətti bağlayırlar ki, mərkəzə qaz daha təzyiqli verilsin.

- Qəti elə şey yoxdur, o kəndə xidmət göstərənlər özləri elə o kənddə, həmin deyilən küçələrdə yaşayan adamlardır. Siz dediyiniz küçədə qazda heç bir problem yoxdur. Yazanın imzası var orda? Gəlsin yanıma, problemi varsa həll edək.
XS
SM
MD
LG