Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:04

ABŞ qanunsuz referendumun nəticələrini tanımayacaq


ABŞ Ukraynanın şərqində keçirilən qeyri-qanuni referendumun nəticələrini tanımayacaq.

ABŞ Dövlət departamentinin bəyanatında belə deyilir.

Bəyanatda deyilir ki, mayın 11-də keçirilən referendum Ukraynanın ərazi bütövlüyünü və beynəlxalq qanunvericiliyi pozur.

Mayn 11-də Donetsk və Luqanskda bu vilayətlərin müstəqilliyi ilə bağlı referendum keçirilir.

Rusiyayönlü qüvvələr bu günkü səsvermə ilə Donetsk xalq respublikasını elan edəcəklərini, mayın 18-də keçiriləcək ikinci səsvermə ilə Rusiyaya birləşəcəklərini bildirmişdilər.

Rəsmi Kiyev bildirib ki, nəticəsindən asılı olmayaraq bu refendum qeyri-qanunidir. Almaniyanın kansleri Angela Merkel deyib ki, referendum keçirilərsə, Rusiyaya qarşı sanksiyalar gücləndiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG