Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:52

Müdafiə Nazirliyi 4 hərbçinin həlak olması barədə yayılan xəbəri təkzib edir


Müdafiə Nazirliyi cəbhə bölgəsində 4 hərbçinin həlak olması barədə yayılmış xəbəri təkzib edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, nazirlik xəbərlə bağlı araşdırma aparıb. O bu xəbərin Azərbaycan Ordusuna qarşı təxribat olduğunu deyir.

Yerli media və sosial şəbəkələrdə Tərtər rayonunda 4 Azərbaycan hərbçisinin – Fərid Əliyevin, Cahangir Muradovun, Ramazan Abdullayevin və Qurban Həsənovun həlak olması haqda məlumat yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG