Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:31

İlham Əliyev: “Yeni 10 illik dövr başlayır”


“Azərbaycanda vətəndaş müharibəsi başlayanda və torpaqlarımızın bir hissəsi işğal altına düşəndə xalq öz ümidini Heydər Əliyevin adı ilə bağlamışdır. 1993-cü ildə qardaş qırğını başlamışdır. O vaxt antimilli, xəyanətkar AXC-Müsavat hakimiyyəti qardaş qanını axıtdı. Bir tərəfdən torpaqlarımız işğal altına düşürdü, digər tərəfdən isə vətəndaş müharibəsi baş alıb gedirdi. Belə ağır vəziyyətdə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı böyük bəlalardan xilas etdi”.

Bunu İlham Əliyev Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışında deyib.

Prezident deyib ki, “bu gün yeni dövr başlayır - yeni onillik dövr. Bu dövrdə biz əvvəlki illərdə əldə edilmiş möhkəm təməl üzərində möhkəm Azərbaycan dövlətini gücləndirəcəyik”.
İ
lham Əliyev deyib ki, iqtisadi sahədə son on ildə dünya miqyasında Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. “Enerji təhlükəsizliyi məsələləri Azərbaycanda həll olunur və burada biz liderlik mövqelərimizi daha da möhkəmləndiririk”.

Prezident 2023-cü ilə qədər nəzərdə tutulan bütün işlərin görüləcəyini vəd edib.
XS
SM
MD
LG