Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:03

Ukraynanın Donbass regionunda separatçı referendumu keçirilir


Mayn 11-də Donetsk və Luqanskda bu vilayətlərin müstəqilliyi ilə bağlı "referendum" başlayıb.

Səsvermədə separatçıların Donbass adlanan bu regionun suverenliyinə dəstək verilib, verilmədiyinə münasibət soruşulur.

Rusiyayönlü qüvvələr bugünkü səsvermə ilə artıq elan etdikləri "Donetsk xalq respublikası" və "Luqansk xalq respublikası"nı "legitimləşdirmək", mayın 18-də keçiriləcək ikinci səsvermə ilə Rusiyaya birləşəcəklərini bildirmişdilər.

Rəsmi Kiyev bildirib ki, nəticəsindən asılı olmayaraq bu refendum qeyri-qanunidir. Almaniyanın kansleri Angela Merkel deyib ki, referendum keçirilərsə, Rusiyaya qarşı sanksiyalar gücləndiriləcək.

Vladimir Putin separatçılara referdnumu təxiri salmaq çağırışı ilə müraciıt etmişdi, lakin Rusiya prezidentinin müraciətinə separatçılar məhəl qoymamaq qərarına gəldilər.

Separatçıların liderləri bildirib ki, mayın 25-də Ukraynada planlaşdırılan prezident seçkiləri Donetsk vilayətində keçirilməyəcək.
XS
SM
MD
LG