Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:28

Azərbaycanla Ermənistan eyni qrupa düşüb


Foto: Arxiv
Foto: Arxiv
-
Mayın 15-16-da Tehranda Yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək.

Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Artıq Dünya Kuboku yarışının püşkü atılıb. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparacaqlar.

A qrupunda isə Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxıstan komandaları qüvvələrini sınayacaqlar.

Dünya Kubokunda Azərbaycanı təmsil edəcək güləşçilərin adları yaxın günlərdə açıqlanacaq.
XS
SM
MD
LG