Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:57
-
«Yeni Müsavat» qəzetinin əməkdaşı Fərahim İlqaroğlunun döyülmə faktı Nizami polisindən alınaraq Daxili İşlər Nazirliyinə verilib.

Fərahim İlqaroğlunun AzadlıqRadiosuna dediyinə görə, Nizami rayon Polis İdarəsində döyülmə faktını araşdıran müstəntiq ona zəng edərək deyib ki, faktı bundan sonra Daxili İşlər Nazirliyi araşdıracaq:

«Mənə qarşı olan hücumla bağlı yalnız bir nəfər - Feyruz Termişi deyilən şəxs tutulub. Mən narahatam. Çünki döyülməyimlə bağlı sifarişi Feyruza verən Tural Bayramov və Feyruzla əlbir olub döyülməyimi çəkib Turala təqdim edən şəxs hələ də saxlanmayıb».

Daxili İşlər Nazirliyindən məsələyə şərh vermək istəməyiblər.

Jurnalistin özü işin polis idarəsindən nazirliyə verilməsini müsbət qarşılayır:

«Hələ ki məni nazirliyə çağırmayıblar. Hesab edirəm ki, nazirlik bu məsələni daha yaxşı araşdıracaq. Yəqin ki, bazar ertəsi məni nazirliyə dəvət edərlər».

Fərahim İlqaroğlu aprelin 25-də evdən çıxıb işə gedərkən yaşadığı binanın qarşısında hücuma məruz qalıb.

Mayın 7-də Bakı şəhər Baş Polis İdarəsi Fərahim İlqaroğlunu döyən şəxsin tutulması ilə bağlı məlumat yayıb. Məlumata görə, həmin şəxs Siyəzən rayon sakini, Bakıda kirayə yaşayan 24 yaşlı Feyruz Termişidir.

Məlumatda bildirilir ki, polis jurnalistin döyülməsində iştirak edən digər şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG