Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:26

Hacıbala Abutalıbov: «Gül bayramına 6 milyon gül gətirilib» [Video/Foto]


-
Mayın 10-da Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi münasibətilə Bakıda Gül bayramı təşkil edilib.

Yazı yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir.


«GÜLLƏRİN 80 FAİZİ PULSUZ GÖNDƏRİLİB»
«Bakıya gül göndərən yerli və xarici gül firmalarının 80 faizi bu aksiyada pulsuz iştirak edir».

Bunu apa-ya açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

Onun bildirdiyinə görə, həmin firma nümayəndələrinin yalnız otel və digər xərcləri ödənilir:

«Xaricdən gələn güllər həmin şirkətlərin öz hesabına gəlir və nümayiş etdirilir. Gül bayramı üçün Azərbaycanın sarı mətbuatında yazılan pulların heç yüzdə biri xərclənməyib. Sadəcə, həmin adamlar özlərini sarı mətbuatda göstərmək istəyirlər».

«HƏTTA AFRİKADAN DA GÜL ALMIŞIQ»
«Bu gün Bakıda keçirilən Gül bayramı ilə əlaqədar Azərbaycana dünyanın müxtəlif ölkələrindən 6 milyon gül gətirilib».

apa-nın xəbərinə görə, bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

İcra başçısı bu il Azərbaycana hətta Afrikadan da güllər gətirildiyini açıqlayıb.

DOĞUM GÜNÜNDƏ 11-Cİ GÜL BAYRAMI

2004-cü ildən başlayaraq hər il mayın 10-da, keçmiş prezident Heydər Əliyevin doğum günündə Bakı şəhər İcra Hakimiyyəti paytaxtda Gül bayramı təşkil edir.

Budəfəki Gül bayramı Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə təsadüf edir.

Hər il dekorasiyaların hazırlanmasında 50-dən çox ölkədən gətirilmiş 1 milyondan çox güldən istifadə olunur.

Amma Gül bayramına nə qədər vəsait xərcləndiyini Bakı şəhər İcra Hakimiyyəti açıqlamır.

Müstəqil iqtisadçılar bu tədbirin, əslində, bir israfçılıq və korrupsiya mənbəyi olduğunu iddia edirlər.
Mövzu ilə əlaqədar oxu:

Gül bayramı və azı 9 min həkimin maaşı

Gül Bayramı prezidentin gəlişinə qədər

Heydər Əliyev Sarayı və «Qış parkı»na aparan yollarda nəqliyyat və piyadaların hərəkəti məhdudlaşdırılıb. Keçidlərdə polis kordonu düzülüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG