Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:34
"Mən çox təəsüf edirəm ki, Rusiya NATO-ya əməkdaş kimi yox, rəqib kimi baxmağa başlayıb" - Bunu NATO-nun katibi Anders Fogh Rasmussen Tallində deyib. Onun sözlərinə görə, Rusiya mediası NATO-ya qarşı gülməli ittihamlarla dolu təbliğat aparır.

"Bu, bizim arzuladığımız vəziyyət olmasa da, onun gətirdiyi çətinliklərə hazırıq" - deyə Rasmussen əlavə edib.

Putinin Krıma səfərini yersiz adlandıran Rasmussen qeyd edib ki, Qərb Krımı Ukraynanın tərkib hissəsi sayır, ona görə də Putin yarımadaya səfər üçün Ukrayna hökumtindən icazə almalıdır.

Rasmussen növbəti dəfə qeyd edib ki, Rusiya qoşunlarının Ukrayna sərhəddinən uzaqlaşdırılması məlumatı öz təsdiqini tapmır.

Xatırladırıq ki, bu günlərdə Rusiya prezidenti qoşunlarının Ukrayna sərhəddindən geri çəkməsi haqda bəyanat verərək Ukrayna separarçılarını hazırlaşdıqları referendumu təxirə salmağa çağırıb. Lakin separatçılar onun təklifini rədd ediblər, ABŞ və NATO isə Rusiya qoşunlarının geri çəkilməsinin təsdiq olunmadığını bildirib.
XS
SM
MD
LG