Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:52

Belarus hokkeyə baxmağa gələn 2 Norveç siyasətçisini ölkəyə buraxmayıb


Martin Uggla Minsk hava limanında 7 May 2014.
Martin Uggla Minsk hava limanında 7 May 2014.
Belarus sərhəd xidməti 2 Norveç siyasətçisini ölkəyə buraxmayıb. Emil Andre Erstad və Line Nordhaug Litvadan Belarusa gələn qatarda olublar və onlar hokkey üzrə dünya birinciliyinin mayın 10-da Minskdə keçiriləcək oyununa baxmağa gəlirdilər.
Onların oyuna biletləri də olub.

Ancaq Belarus sərhədçiləri bu 2 Norveç siyasətçisinə bildirib ki, onların adları Belarusa gəlmək qadağan olunan şəxslər siyahısındadır. Hər iki siyasətçi Belarusdan Litvaya gedən qatarla da yola salınıb.

Mayın 7-də İsveçin İnsan haqları təşkilatı Ostgruppenin rəhbəri Martin Uggla da Minsk hava limanına gələndə saxlandı və ona da deyildi ki, o, Belarusda “qara siyahıdadır”. Uggla növbəti gün Belarusdan çıxarıldı.

.
XS
SM
MD
LG