Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:54
“Gömrük keçid məntəqəsində məni tanımadığım, hamının Elgün çağırdığı bir şəxs pasportumu əlimdən aldı. Məndən soyunmağımı tələb etdi. Mən ondan kim olduğunu və tələbinin səbəbini soruşanda “dedim ki, çox danışma, soyun” deyə üstümə qışqırdı. Tanımadığım dörd nəfər yaxınlaşıb qollarımı buraraq məni bir otağa saldılar. Məndən 100 manat tələb etdilər”.

Cəlilabad sakini Fikrət Əliyev AzadlıqRadiosunun “Qaynar xətt”inə Biləsuvar gömrüyünün işçilərindən şikayət edib. Deməsinə görə, Azərbaycanda üç dəfə onurğa sütununda əməliyyat aparılıb. Tez-tez Biləsuvar gömrük keçid məntəqəsindən keçib İrana müalicəyə gedib-gəlir:

"MƏNİ HƏBS ETMƏKLƏ HƏDƏLƏDİLƏR"

Ötən il dekabr ayında növbəti dəfə İrandan qayıdanda özlərini gömrük işçiləri kimi təqdim edən bir neçə nəfər ondan pul istəyiblər. Vermədikdə isə gömrük məntəqəsindəki otağa salaraq soyundurublar:

“Məni həbs etməklə hədələdilər. Döymək istədilər.. Onurğamda 4 yerdə onurğa yırtığı deyilən xəstəlikdən əziyyət çəkirəm. Tez-tez ayaqlarım tutulur, yeriyə bilmirəm. Mən, gömrük işçilərinin bu hərəkətlərindən sonra özümü daha da pis hiss edirəm. Onurğamda xəstəliyim bir az da gücləndiyindən, müalicəyə ehtiyacım var. Qollarımı necə burmuşdularsa, ağrısı hələ də canımdadır. Mən bu ölkənin vətəndaşıyam. Biləsuvar gömkük keçid məntəqəsinin işçilərinin cəzalandırılmasını tələb edirəm”.

Şikayətçinin sözlərinə görə, hadisə zamanı bir nəfər Cəlilabad sakini otağa girərək onu gömrük işçilərinin əlindən almağa çalışıb, ancaq həmin şəxsi çölə çıxarıblar.

Gömrük Komitəsindən məsələyə münasibət öyrənə bilmədik.

Fikrət Əliyev faktla bağlı Biləsuvar rayon prokurorluğuna da şikayət yazdığını deyir. Prokurorluqdan isə belə bir şəxs tərəfindən şikayət daxil olmadığını bildirdilər.

Cəlilabad sakini başına gələnlərdən ölkə başçısına da yazdığını deyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG