Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:35

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus canlı efirdə [Video]


-
Son vaxtlar gündəmdə olan məsələlər və Yunuslar ailəsi ətrafında baş verənlərlə bağlı sualları Leyla Yunus və onun vəkili Xalid Bağırov cavablayırlar.
LEYLA YUNUS: «SƏNƏDLƏRİ EYNULLA FƏTULLAYEVƏ BAŞ PROKURORLUQ ÖTÜRÜB»

«Mənim sənədlərim ancaq istintaq qrupunda var idi. Onlar qanunsuz olaraq bu sənədləri Eynulla Fətullayevə ötürüblər. Eynulla Fətullayev və onun kimi yazan digərləri prokurorluq necə diktə edirsə, o cür də yazırlar. Əmr Prezident Administrasiyasından verilib. Sənədləri isə Baş Prokurorluq ötürüb».

««UNIBANK» PULUMUZU ÇIXARMAĞA İMKAN VERMİR»

Leyla Yunus həyat yoldaşı Arif Yunusun «Unibank»dakı hesabından pul çıxara bilmədiklərini deyir:

«Düşünürdüm ki, heç olmasa, banklar qanunauyğun işləyir. Ancaq «Unibank» mülkiyyət hüququnu pozur. Arifin xüsusi hesabında 8 min 740 avro var. Əvvəlcə pulu çıxarmaq istəyəndə, ona dedilər ki, kassada pul yoxdur. Daha sonra texniki problemlər üzündən şəxsi hesabdan pul götürməyin mümkün olmadığını bildirdilər. Aprelin 28-də Arifi Neftçilər Xəstəxanasından demək olar ki, qovdular. Onlar açıq şəkildə dedilər ki, Baş Prokurorluq tələb edir ki, Arif bu xəstəxanada qalmasın. Ancaq üç günün pulunu ödəməliydik. Arif «Unibank»ın əsas şöbəsinə getdi. Ona uzaqdan bir blank göstəriblər ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə hesabına həbs qoyulub. Bizə qarşı cinayət işi açılmayıb. Bizi şahid qismində dindirmək istəyirdilər. Bu zaman Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov dedi ki, bank hesabına həbs qoyulması üçün qərar yoxdur...».

Şərhləri göstər

XS
SM
MD
LG