Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:03

Qızıl Meydanda parada 11 min əsgər və zabit çıxarılıb


Moskvada Qızıl Meydanda 9 may qələbə bayramı münasibətilə keçirilən hərbi paradda 11 min əsgər və zabit, 150 zirehli maşın, o cümlədən 10-larla tank, 69 təyyarə və helikopter iştirak edib.

Ukraynada isə 9 May Qələbə günü münasibətilə hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib.

Rəsmi Kiyev rusiyapərəstlərlə Ukraynanın birliyini istəyənlər arasında dava düşəcəyindən qorxur.

Donetskdə və Luhanskda mayın 11-də referendum keçirmək qərarı haqda isə Avropa Birliyinin xarici siyasət rəhbərio Catherine Ashtonun sözçüsü deyib ki, "bu referendumlar nə mayın 11-də, nə də sonra keçirilməlidir".
XS
SM
MD
LG