Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:07
Sarıturş, cırhacı, cibir, ağ alma, şıxcanı, əyyubi, qənd alma, şirvan gözəli... Bunlar dadı damaqlardan, adı yaddaşlardan silinmiş qədim alma sortlarıdır.... Abasbəyli, cır nəbili, nararmudu, qara armud, sini armud, nurun-burun, zəhreyi... Bunlarsa çoxdan unudulmuş qədim armud sortlarıdır. Çoxdan meyvəçilikdən adı silinmiş bu sortların yalnız bir qismini sadaladıq.

“Qubada meyvəçiliyin tarixi” kitabında adı heç bir siyahıda olmayan belə qədim alma, armud sortları daha çoxdur. Qubalılar yığşıb öz meyvəçiliklərinin tarixini yazıblar ki, yerli bağbanlar oxuyub qədim sort meyvələr haqqında məlumatlanıb, onları yenidən yetişdirməyin yolları haqqında bilgilənsinlər.
İlham Qurbanov

İlham Qurbanov


“QUBANIN ALMA BRENDİNİ QORUMAQ ÜÇÜN...”

Yerli meyvəçiliyin tarixini elə institutun əməkdaşı, jurnalist Zaur Quliyev araşdırıb. Təşəbbüs isə Azərbaycan elmi tədqiqat bağçılıq və subtropik bitkilər institutunun direktoru İlham Qurbanovdan gəlib. Kitabda əməyi keçənlər bir yerə toplaşıb ona təqdimat mərasimi də keçiriblər.

İnstitutun direktoru İlham Qurbanov deyir kitabda öz ağ alması ilə məşhur olan Qubada meyvəçiliyin tarixi, təşəkkülü yolları və müasir vəziyyətindən yazılıb:

“Məndə bir az qısqanclıq yarandı ki, Qubanın adı almanın üstündən götürülməkdədir. Alma başqa rayonlara keçməkdədir. Ancaq alma yaınız Qubanın bnerdidir və bu kitabı buraxmaqda məqsəd həm də o idi ki, Qubanın brendini qoruyub saxlayaq”.

“YAZDIM Kİ, BAĞBANLARIN MƏSLƏHƏTDAŞI OLSUN”

Müəllif Zaur Quliyev ölkə bağçılığının mərkəzi hesab olunan Qubada meyvəçiliyin elmi əsaslarla 100 ildən çox inkişaf tarixini araşdırıb. Nəşrdə hazırda rayondakı müvafiq elmi tədqiqat müəssisələri haqqında da məlumat verilir.

Zaur Quliyev:

“Mən əsasən yaddan çıxmış meyvə sortlarını araşdırıb kitaba daxil etmişəm. Həmçinin kitabda mütəxəssislərin bağbanlara həmin meyvə sortlarının yenidən yetişdirilməsi ilə bağlı məsləhətləri yer alıb. Məqsəd Quba bağlarında qədim meyvə sortlarının yetişdirilməsinin başlanmasına təkan verməkdir”.

İnstitutunun elmi işlər üzrə direktor müavini Mədət Qurbanov kitabı meyvəçiliklə məşğul olan bağbanlar və kənd təsərrüfatı mütəxəssisləri üçün faydalı sayır:

“Bu kitab hər bir qubalı üçün tarixi sənəddir, - deyən Mədət Qurbanov onu hər bir bağbanın məsləhətdaşı hesab edir.

Kitabda qədim yerli sort meyvələri, onların yenidən yetişidirilməsinin yolları, bağbanlar və kənd təsərrüfatı mütəxəssisləri üçün faydalı ola biləcək məsləhətlər yer alıb.

Şərhləri göstər

XS
SM
MD
LG