Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:07

Pakistanın cənubunda zəlzələdə azı iki nəfər ölüb



Pakistanın cənubunda zəlzələ baş verib, azı iki nəfər ölüb, 50-dən çox adam yaralanıb. 4.3 bal gücündə zəlzələdən sonra daha iki titrəyiş qeydə alınıb.

Yüzə yaxın ev zədələnib. Yerli rəsmilər ölkə xəstəxanalarında fövqəladə durum elan olunduğunu deyirlər, məktəblər, kolleclər bağlanıb.

2013-cü ilin sentyabrında Baluçistanda 7.7 bal gücündə zəlzələdə azı 376 nəfər ölüb, 100 min adam evsiz-eşiksiz qalıb.
XS
SM
MD
LG