Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:21

Putin: «Rusiya xalqı... Avropanı köləlikdən xilas edib»


Vladimir Putin və baş nazir Dmitry Medvedev, 9 may, Moskva, 2014-cü il

Vladimir Putin və baş nazir Dmitry Medvedev, 9 may, Moskva, 2014-cü il

Moskvada Qələbə günü paradında çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya xalqının güclü iradəsi və qətiyyəti Avropanı köləlikdən xilas edib.

O, Qələbə gününün Rusiya xalqı üçün vətənpərvərlik, kədər və qürur mənbəyi olduğunu vurğulayıb.

«Bu, milli zəfər, milli qürur, milli matəm günü və əbədi xatirə günüdür», o, bildirib. Putin Rusiyanın «hamıya qalib gələn vətənpərvər qüvvəsini» tərifləyib.

«Bu, vətənpərvərliyin gözəgörünməz qüvvəsinin zəfər bayramıdır. Bu gün hamımız vətənə sadiqliyin nə demək olduğunu və bu marağı qorumağın vacibliyini hiss edirik».

Mayın 9-da Moskvada İkinci Dünya Müharibəsində qələbənin 69-cu ildönümü münasibətilə hərbi parad keçirilib.

Paradda müasir hərbi silah-sursat nümayiş olunub. Sovet, eləcə də müasir Rusiya ordusunun emblem və standartları göstərilib.

2-ci Dünya Müharibəsində 27 milyondan çox Sovet vətəndaşı və əsgəri həlak olub.

Təhlilçilər Rusiyanın Krımı anneksiya etməsindən sonra ölkədə vətənpərvərliyin artmasına diqqət çəkirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG