Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:20

Benqazi hücumunun araşdırılması üçün yeni komitə yaradılır


Benqazi, 2012-ci il

Benqazi, 2012-ci il

ABŞ Nümayəndələr Palatası 2012-ci ildə ABŞ-ın Liviyanın Benqazi şəhərindəki obyektlərinə hücumların yenidən araşdırılmasına səs verib. Həmin il sentyabrın 11-də silahlı yaraqlılar Benqazidəki ABŞ diplomatik postlarına hücum edib, səfir Christopher Stevens və üç digər amerikalı öldürülüb.

Palatada respublikaçılar üstünlük təşkil edir. Onlar Obama administrasiyasını hücumların qarşısını almaq üçün çox az iş görməkdə ittiham edir. Onların iddiasına görə, administrasiya Obamanın imicini qorumaq üçün hadisələri sonradan təhrif edib.

Obama hökuməti isə ABŞ diplomatik postları qəzəbli nümayişlərlə üzləşəndə, ictimaiyyəti ən yaxşı informasiya ilə təmin etməyə çalışdığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG