Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:58
-

Mayın 10-da, saat 15:00-da "Zero" Kitab evində böyük rus yazıçısı Fyodor Dostoyevskinin "Əbədi ər" romanının təqdimatı keçiriləcək.

"Əbədi ər" romanında qəzəb və nifrətin sevgini necə məhv etdiyi göstərilir. Ancaq bütün bunar o demək deyil ki, nifrət güclü, sevgi isə zəifdir.

Bu romanı oxusanız, ərləri vasitəsi ilə oynaş tapan qadınların iç üzünü görəcək, pis əməllərin və günahın son nəfəsədək insanın yaxasını buraxmamağının, yaddaşın əzab verməsinin, dost xəyanətinin mahiyyətini anlayacaqsınız. Tərcümə: Qılman İlkin, redaktor: Fərid Hüseyn.

Təqdimat günü bu kitabı əldə edən şəxslər "Zero" Kitab Evindəki bütün kitabları 20 faiz endirimlə ala biləcəklər.

Ünvan: Zero Kitab Evi, İstiqlaliyyət 71 (Sabir bağı ilə üzbəüz).

Günün bütün mövzuları

XS
SM
MD
LG