Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:46

Ukraynada 9 may Qələbə günü ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib


Simferopol
Simferopol
Ukraynada 9 may Qələbə günü ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib. Hökumət Rusiyayönlü fəallarla Ukrayna birliyi tərəfdarlarının mümkün toqquşmalarından ehtiyatlanaraq, əhalini bayram günü toplaşmaqdan çəkinməyə çağırıb.

Ukraynanın baş naziri Arseny Yatsenyuk mayın 8-də bildirib ki, o, Rusiya prezidenti Vladimir Putinin Kiyevi hörmətdən salmaq üçün qarşıdurma planladığını güman edir. Yatsenyuk-un bu bəyanatından əvvəl məlum olub ki, Putinin mayın 11-nə planlaşdırılan referendumu təxirə salmaq çağırışlarına baxmayaraq, Rusiyayönlü separatçılar Donetsk və Luqanskda «öz müqəddəratlarını təyin edəcək»lərini deyib.

Putinin sözçüsü bildirib ki, üsyançıların qərarı ilə bağlı Kremlin daha geniş məlumata ehtiyacı var.

«REFERENDUM KEÇİRİLMƏMƏLİDİR»

AB-nin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton isə bildirib ki, referendum «nə mayın 11-də, nə də hər hansı başqa vaxt keçirilməlidir».

ABŞ Dövlət katibinin müavini William Burns isə Rusiyanın «təhlükəli və məsuliyyətsiz yolla» getdiyini, Ukraynadakı vəziyyətin «son dərəcə qaynar» olduğunu qeyd edib.

NATO bildirib ki, Putinin sözlərinə baxmayaraq, Rusiya qoşunlarının Ukrayna sərhədi boyunca geri çəkildiyi müşahidə edilməyib.


Bu arada mayın 8-də 40-a yaxın silahlı Ukraynanın Rusiya sərhədindəki məntəqəsinə hücum edib. Silahlıların Ukrayna qüvvələri tərəfindən döyüldüyü bildirilir.
XS
SM
MD
LG