Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:24

Etibar Salmanlının 20-liyə düşməyən hekayəsi - Striptiz


-

Bu hekayə "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə toxunulmadan çap edilir.


Etibar Salmanlı


STRİPTİZ

“Şair üçün tredesimo” kitabının üçüncü hekayəsi


Şair redaksiyada baş redaktork reslosuna yayxanıb yeni hekayəsinin girişini yazmağa çalışırdı. Hələlik ağlına ideya gəlmədiyindən qırmızı əzik-üzük, altıdüyməli köynəyinin düymələri ilə oynayırdı.

Artıq,hekayənin adını da tapmışdı. Yeni hekayəsi “Kafka ilə Bilgəh sanatoriyasında” olacaqdı. Stolunun üstündə stəkanda nar şirəsi varidi. Şair nar şirəsi içməyi sevirdi.

Hərgünənazı, bir litr nar suyu içməsə,bir misra da yaza bilmirdi. Ancaq bu aralar nar suyunda problem varidi. İçdiyi içkinin adı nar şirəsi olsa da, dadı doxsanlarda məşhur olan “Yupi”nin dadından fərqlənmirdi.

Bir dövrlər, cəmdəyinə köşə dalıyca köşə döşədiyi adamlarla indi dost olmuşdu. Əvvəllər söyüş dostları olduğu adamlarla, indi araq dostu, müsahibə, yazı dostu olmuşdu.

Avtomat kimi hekayələr, köşələr yazırdı. Yazdıqlarının axıcı olması, ancaq, hər adamın başa düşmədiyi üçün dostları ona “aftafanarsizm” cərəyanının yaradıcısı adını vermişdilər.

Biraz sizin üçün “aftafanarsizm” cərəyanının mənasını açıqlayım. Şairin çox axıcı küçə, məhlə dili yazması, yazılarının çox rahat oxunmasına səbəb yaradırdı.

Aftafa lüləyindən suyun tökülməsi kimi. Narsizm isə, şairin son üç-dörd ildə nar suyuna olan marağına görə yaranmışdı.

Şairin bu iki xususiyyəti yeni bir cərəyanın yaranmasına təkan vermişdi. Bir sıra yazar, jurnalist, şairlər də onun yolunu davam etdirməyə çalışırdılar.

Ancaq hər adam onun kimi yaza bilsə də,nar suyunu hər gün içə bilmirdi. Hər halda, ölkədə iki bahalı şeydən biri nar suyu idi, o biri isə qara kürü.

Şairin əli nar suyuna çatırdı. Üfüqdə hələ ki, qara kürü görünmürdü.
Ədəbiyyat dostlarıonu ideal kimi qəbul edirdilər. Niyə də etməsinlər ki? Şair öz dostlarının, dostlarının həyat yoldaşlarının, sevgililərinin, facebookda salam verdiyi bütün “gözəl” qızların köşəsini, araşdırmasını, tərcüməsini dərgiyə yerləşdirir, qonarar fondundan müəyyən qədər pul da ayırırdı. Şairlə arası yaxşı olmayan dostları, lap şairin idealı olan Kafkadan da yaxşı yazsaydılar, dərgidə özlərini, yazılarını görmürdülər.

Şair dostumuz yeni bir aforizm də yaratmışdı özü üçün:
“Kişi fahişədən mələk yaradan deyil, kişi fahişədən şairə, köşə yazarı yaradandır”.
Bax, belə şairidi, bizim Şair.
Şair “Kafka ilə Bilgəh sanatoriyasında” hekayəsinin giriş abzasını yazmağa çalışırdı ki, işdən ona hədiyyə edilmiş telefonunun ekranında “sms”peyda oldu.

Sms yazar, şair olmağa iddialı, gənc dostların birindən gəlmişdi. Gənc dostumuz şairi və redaksiya heyətini axşam kafelərin birində pivə ilə arağı “zakuska” eləməy ədəvət edirdi.

Şair uzun-uzadı düşündü, hardasa otuz beş saniyə. Sonra isə telefonu əlinə alıb, yenidən çox düşünərək “Ok” cavabını yazdı.

***

Axşam saat 8 radələrində şair və redaksiya heyəti artıq kafenin qarşısında idilər. Gənc dostları isə onları bir saat əvvəldən kafenin qarşısındakı parkda gözləyirdi.

Kafeyə daxil olub,ikinci mərtəbədə özlərinə yer tapdılar.Kafenin adı yoxidi,ancaq,burda hər zaman oturanlar bura “Fəhləkafesi” adını vermişdilər. Qiymətlərin ucuz olması səbəbindən bütün günü “Vasmoyun bazarında”, “Neftçilər” metrosu ətrafında işləyən bütün qara adamlar özlərini bu tüstü duman dolu məkana verərək,hisə verilmiş balığı pivə və araq ilə tozdan qaralmış mədələrinə ötürərdilər.

Şair və ziyalı kollektivi də, özlərini tez-tez bu kafeyə verərək, üzərində“40%” yazılmış, ancaq tərkibindəki kimyəvi maddələrlə, dərmanlarla faizi 70-75%-ə çatmış arağı içəri gillədib, intellektual söhbətlər edərdilər.

Bu gün də digərlərindən fərqlənmirdi, kafenin içində ağız deyəni,qulaq eşitmirdi. Şairi və ziyalı kollektivini görən kafenin adminstratoru: “Yenə avaralar gəldi”, –deyərək dodağının altında mızıldandı. Şair onun qənşərinə çatanda isə,hamı ilə ikiəlli görüşən administrator: “A bəy təzə nə yazmısan?” ənənəvi sualını verdi. Şair özümüz üçün yazıb-pozuruq da deyərək, özlərinin özəlləşdirdikləri stolda əyləşdilər.

Kafenin adminstratoru: “Sizin yazdıqlarınız elə pozulmağa layiqdir”deyərək mızıldandı, ancaq, ziyalılar bu sözləri eşitmədilər.

Stolun ətrafında, şairin yanında gənc və perspektivli yazar,həm də, dərginin redaktoru əyləşmişdi. Əyləşən kimi də Sədərək bazarından aldığı gödəkçənin cibindən yarımlitrlik araq butulkasını stolun üzərinə qoyaraq,məclisi ələ almağa çalışdı.

Ancaq, hərəkətinə çox da fikir verən olmadı.
Stolun digər tərəfində isə yaşı 40-ı haqlamış, dərginin ikinci redaktoru əyləşmişdi. O da yazar olmağa çalışırdı, ancaq, hələ ki ortalıqda dişə vurası bir hekayəsi belə yoxidi. O isə “ümid sonda ölür”deyərək yazmağa davam edirdi,sadəcə olaraq, yazdıqları hələ ki, kompüterinin “D diskini” bəzəyirdi.

Məclisin digər bir üzvü isə dərginin hərşeyşünas reportyoru idi. Bakı toylarından tutmuş, futbol üzrə milli yığma komandanın baş məşqçisi Berti Foqtsun maaşına qədər,hər şeyi araşdırması ilə məşhurlaşmışdı. Bu gün nəsə kefi yoxidi,içməyəcəyini deyərək məclisin əvvəlində bəyanat verdi. Bu bəyanat isə,məclisin digər iştirakçılarını sevindirdi.

“Меньше народа,больше Кислорода” rus ataları demişdi.
Şair isə onu “Az adam, çox araq” kimi başa düşmüşdü.
Ofisianta sifarişlərini verdilər. 5 nəfərə 10 bakal NZS pivəsi, 1 litr əlavə “Qızıl üzük”arağı, 4 pay soyutma kartof və hisə verilmiş balıq. Qonaqlığın menyusunda bunlar olacaqdı.

Ofisiant, sifarişləri vərəqə yazaraq sifarişləri hazırlamaq üçün, mətbəxin yolunu tutmamışdan qabaq, məclis iştirakçılarına tez-bazar beşqədəh, beş limonad stəkanı və bir dənə şaftalı kompotu gətirdi. Şair, nar suyu hələ də yoxdur deyərək, öz etirazını bildirsə də, sonda taleyi ilə və şaftalı suyu ilə barışmağa məcbur oldu.
Şair məclisin ağsaqqalı kimi ayağa qalxaraq qədəhini əlinə alaraq, yeni yazmaqda olduğu “Kafka ilə Bilgəh sanatoriyasında” hekayəsindən başlayaraq,dörd hərfli xalq yazıçısına qədər bir çoxunu yada salıb,qədəhini digərləri ilə toqquşduraraq, şir südünü qaraciyərin ixtiyarına buraxdı.

Məclis qızışdıqca qədəh-qədəhlərə, sağlıq-sağlıqlara calanırdı. Şair, hər iki qədəhdən sonra, köynəyinin bir düyməsini açırdı. Hava çox da isti deyildi, ancaq, bu, şairin məclislərdə olan vərdişlərindən biri idi.

Köynəyin bağlı qalan üç düyməsi hələ var idi.

Ofisiantın gətirdiyi balıqları mədəyə ötürən, əslən Lənkərandan olan, gənc və perspektivli yazar, məclisin əvvəlindən hisə verilmiş balıqdan narazı idi. Hətta arada:“Durun gedək Lənkərana,sizə bir balıq qonaqlığı verim ki, barmaqlarınızı yalayın” – fikri ilə məclis əhlini yeni-yeni macəralara atılmağa sövq edirdi.
Ancaq, hər zaman olduğu kimi,ona fikir verən yoxidi.

Ofisiantın gətirdiyi arağı qədəhə süzərək, yenidən ayağa qalxan şair,yazıçı olmağa iddialı gəncin yanında olan Qara Əsədin “Dəymədüşərəm” adlı kitabı əlinə alaraq, uzun-uzadı dalğın düşüncələrə dalaraq: “Mən, bu kitabdan gündə ikisini yazaram” – deyib,əlindəki qədəhi heç kimin qədəhi ilə toqquşdurmadan içib,kitabı ofisianta hədiyyə etdi,sonra isə köynəyinin son düyməsini açaraq: “Bura dəhşət istidir” deyib, ayaqyoluna getdi.

Məclisdə araq butulkaları çoxaldıqca, məclis daha şənlənirdi, şairdən başqa. Şairi artıq, Bakı arağı öz təsiri altına almışdı, çünki, bayaqdan çox şən olan şairimiz,artıq kədərlənməyə başlayırdı.“Niyə öldün axı Kafka”, –deyərək gözyaşlarını saxlamağı bacarmırdı.

Məclisin bir nəfərin solo konsertinə çevrildiyini görən ikinci redaktor məclisi bitirməyi və evə getməyi təklif edəndə, hamı birağızdan: “Şotgəlsin”, –deyərək ofisianta bağırdı. Ofisant şir südü içib şir olmuş adamlardan çəkinərək tez hesabı gətirdi. Bu zaman “Hesabı mən verəcəm, yoxsa inciyərəm”– deyən kövrək Şairin sözünə heç kimin etirazı olmadı.

Bir sensasiya baş verirdi,çünki,şair indiyə qədər heç vaxt hesabı verməzdi. “Gün bu gündür” –deyərək hesabı şairə ödətdirərək, təmiz havaya çıxdılar.

Kafenin qarşısında mərkəzi yola qədər davam edən park varidi.Hamılıqla gedərkən, Şair parkın sonunda tənha skameykaların birində əyləşərək,iki əli ilə başını tutdu. Məclis iştirakçıları o zaman fikir verdilər ki, şairin əynində köynəyi yoxdu.Gödəkçəsini maykasının üstündən geyinib. Dostları:“Köynəkdirdə,gəl gedək,sabah yenisini alarıq sənin üçün” –deyərək şairi ovutmaq istəyirdilər.

Ancaq şair dərin baxışlarla: “Şəxsiyyət vəsiqəmi itirmişəm” deyib, hamının içdiyi arağı burnundan gətirdi. O dəqiqə hər şeyşünas reportyor və gənc, perspektivli yazar kafeyə qayıtmağa qərar verdilər.

Şair isə taksiyə əyləşərək şəxsiyyət vəsiqəsini düşünərək, evin yolunu tutdu.Fikri amma şəxsiyyət vəsiqəsində qalmışdı.Artıq,ikinci dəfə idi ki, o, şəxsiyyət vəsiqəsini itirirdi…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG