Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:28

Hərbi Dəniz Qüvvələrinin iki rəisi həbs olunub


-
Hərbi Dəniz Qüvvələrində yanacaq xidmətinin rəisi Kazım Əsgərov və yanacaqdoldurma məntəqələrinin rəisi Kamandar Paşayev həbs olunub.

Hərbi prokurorluqdan AzadlıqRadiosuna verilən məlumata görə, hər iki rəis mayın 7-si axşam saatlarında saxlanılıb. “Külli miqdarda mənimsəmə”də ittiham olunan rəislər barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Həbslər bir müddət əvvəl Hərbi Dəniz Qüvvələrində aparılan yoxlamalardan sonra başlayıb.

Bundan əvvəl HDQ-nin sabiq komandanı Şahin Sultanov, Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilov da həbs edilib.

Şahin Sultanov “vəzifə saxtakarlığı” və “külli miqdarda mənimsəmə”də, Elçin Xəlilov “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “külli miqdarda mənimsəmə”də təqsirli bilinir.

Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
XS
SM
MD
LG