Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:07

Milli Şura Kəmalə Bənənyarlı ilə bağlı bəyanat yayıb


-
Milli Şura AXCP üzvü, 30 sutkalıq həbs cəzası alan Kəmalə Bənənyarlı ilə bağlı bəyanat yayıb. Kəmalə Bənənyarlı mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 NİDA-çı gənclə bağlı çıxardığı hökmə etiraz aksiyası zamanı saxlanıb.

Milli Şuranın yaydığı bəyanatda deyilir ki, Azərbaycan iqtidarı iki övlad anası Kəmalə Bənənyarlıya münasibətdə bütün əxlaq və mənəviyyat normalarını aşıb, tez-tez müdafiəsinə sığındığı milli mentaliteti ayaqlar altına atıb:

“Azərbaycan öz müstəqilliyini bərpa etdiyi dövrdən sonrakı 23 il ərzində heç bir qadına 30 sutka inzibatı həbs cəzası tətbiq edilməmişdi. Kəmalə Bənənyarlıya münasibətdə ilk dəfə bu ən sərt inzibatı cəza növü seçildi”.

Bəyanatda o da qeyd olunur ki, saxlandığı Nəsimi rayon polis idarəsində Kəmalə Bənənyarlıya işgəncələr verilib və o, vəhşicəsinə döyülüb. Bundan başqa bildirilir ki, Kəmalə Bənənyarlının Nəsimi rayon məhkəməsində vəkillə təmin olunması əngəllənib və onunla ünsiyyətə imkan yaradılmayıb.

Bəyanatda Kəmalə Bənənyarlıya qarşı davranış keçmiş deputat Gülər Əhmədovaya münasibətlə müqayisə olunur və bildirilir ki, AXCP üzvünün hüquqi müdafiəsi ilə bağlı bütün zəruri addımlar atılacaq.

Mayın 7-də Daxili İşlər Nazirliyi AXCP üzvü Kəmalə Bənəniyarlının aparıldığı Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qalması ilə bağlı yayılan məlumatları təkzib edib.
XS
SM
MD
LG