Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:37

Britaniya kəşfiyyatı Brezhnevin oğluna tələ qurmuşdu...- Mətbuat icmalı


SSRİ lideri Leonid Brejnev 1980-ci il olimpiya oyunlarının açılışında
SSRİ lideri Leonid Brejnev 1980-ci il olimpiya oyunlarının açılışında
Kəşfiyyatın silahı Ann adlı qadın idi. Britaniya kəşfiyyatı deyirdi ki, Ann-in heç vaxt uğursuzluğu olmayıb. 25 yaşlı ukrynalı tələbə deyir ki, hazırda ən güclü arqument sulahın arqumentidir. Bu və digər mövzular günün xarici mətbuat icmalında

***
Times yazır ki, Britaniya kəşfiyyatı qadın agentin köməyi ilə o vaxtki SSRİ lideri Leonid Brezhnevin oğlunu İsveçin paytaxtı Stokholmda tələyə salmaq istəyib. Bunu öz xatirələrində İsveç kəşfiyyatının keçmiş rəhbəri Olaf Franstedt bildirib.

70-ci illərdə İsveçdə cəmiyyətin yüksək təbəqlərində adi ev paltarında, intim şəraitdə məclislər çox dəbdə idi.

Britaniyanın Mİ6 kəşfiyyatının “silahı” Ann adında qadın olub. Ona verilən tapşırığa görə, Leonid Brezhnevin oğlu Yuri Brezhnev 1970-ci ildə Stokholma işgüzar səfərə gələndə Ann onu belə məclisə gətirməli və Sovet liderinin oğlunu gözdən salacaq fotolar, videolar çəkilməli idi.

Franstedt yazır ki, o vaxt isveçlilər və qərblilər Stokholmda belə açıq-saçıq məclislərə dəvətdən heç vaxt imtina etmirdilər və Britaniya kəşfiyyatı fikirləşirdi ki, ruslar niyə imtina etməlidir?

Ancaq Yuri Brezhnev gözlənilmədən İsveçi tələsik tərk etdi.

Sonralar məlum oldu ki, Britaniya kəşfiyyatının planı haqda SSRİ-yə xəbər verilibmiş.
Bunu 9 il sonra ikili agent olan Stig Bergling etiraf edib. O, 1979-cu ildə ifşa olunanda boynuna aldı ki, 1970-ci ildə Yuri Brezhnevlə bağlı plan haqda SSRİ-yə məlumat ötürüb.

SİLAHIN ARQUMENTİ

Washinqton Post qəzetinin müxbiri Donetskdə 25 yaşlı bir tələbə ilə söhbət edib. Yeqor Firsov Donetskdəndir, demokratdır və Rusiyaya birləşməyin əleyhinədir.
Ancaq o deyir ki, Kiyevin “Kreml terrorçuları” dediyi maskalıların sayı artsa və ya Rusiya qoşun yeritsə, əksəriyyətin səsi eşidilməyəcək.
Rusiyapərəst yaraqlı
Rusiyapərəst yaraqlı


O referenduma da inanmır: “referendumun nəticələri saxtalaşdırılacaq. Heç kim bizdən soruşmayacaq ki. Ukraynada qalmaq istəyirsiniz yoxsa Rusiyaya birləşmək? Silahın arqumenti bütün dəlillərdən üstündür”.

Qəzet yazır ki, ABŞ Beynəlxalıq respublikaçı İnstitutunun apreldə apardığı sorğuya görə, Ukraynanın bölünməsini Şərqi Ukraynada rəyi soruşulanların cəmi 5 faizi dəstəkləyir, cənubda belə düşünənlər 2 faizdir.

TƏKCƏ KRIM FƏRQLİDİR

ABŞ-ın Pew Araşdırma Mərkəzinin Ukraynada apardığı sorğuya görə, ukraynalıların əksəriyyəti ölkənin tamlığını istəyir. Əksəriyyət Rusiyanın Ukrayna hadisələrində rolunu mənfi qiymətləndirir.

Rəyi soruşulanların 77 faizi Ukraynanın vahid ölkə kimi qalmasını istəyib. 14 faiz isə deyib ki, kim istəyirsə, qoy, ayrılsın.

Ukraynaın qərbində cavab verənlərin 93 faizi birliyə tərəfdardır. Ukraynanın Rusiya ilə sərhəd regionlarında da rəyi soruşulnların 70 faizi Ukraynanın parçalanmasının əleyhinə çıxıb.

Yalnız Krımda rəyi soruşulanların yarıdan çoxu - 54 faizi regionlara Ukraynadan ayrılmaq haqqının verilməsinə tərəfdar olub.

BİZNES ŞAHLA DA İŞLƏYƏR

Washinqton Post yazır ki, Ukrayna hadisələri milli maraqlarla biznes maraqları arasında ziddiyyəti üzə çıxartdı. BP Britaniya hökumətinə bildirib ki, Rusiyaya qarşı sanksiyalar Britaniya biznesinə ziyan vura bilər.
"Rusiya torpaqlarını toplayan" adlı medalda Putinin şəkli
"Rusiya torpaqlarını toplayan" adlı medalda Putinin şəkli

ABŞ-ın Boeing şirkəti Rusiyaya təyyarələr satmaq istəyir. Rusiya Pepsi Colanın dünyada satıldığı ikinci ən böyük bazardır.

Qəzet yazır ki, ABŞ-ın iri şirkətləri çar ambisiyalarına baxmayaraq Putin Rusiyası ilə də işləyər, Leninçi kapitalist Çinlə də, Yaxın Şərqin orta əsrlərdən qalma şahlıqları ilə də.

Qəzetin fikrincə, cəmiyyət bilməlidir ki, bazar özü-özlüyündə azadlıq, demokratiya kimi dəyərlərə biganədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG