Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:49

Nasistlərin oğurladıqları mədəni sərvətlərin fotoları ABŞ arxivlərinə veriləcək


"The Monuments Men" filmindən bir kadr

"The Monuments Men" filmindən bir kadr

-
Abidələrin Müdafiəsi Fondu (Monuments Men Foundation) Hitler ordusunun xüsusi bölmələrinin işğal altında olan Avropa ölkələrindən oğurladıqları sənət əsərlərinin şəkillərini ABŞ Milli Arxivinə vermək fikrindədir.

The Washington Post qəzeti arxivin mayın 8-də veriləcəyini bildirib.

8 may, Rusiyadan başqa, antihitler koalisiyasında 11 Dünya Müharibəsinin bitdiyi gün sayılır.

ABŞ Milli Arxivinin baş arxivisti Greg Bradsher adıçəkilən qəzetə bildirib ki, bu albomlar əsasən, 111 Reyxin tutduğu yeni ərazilərdə hansı mədəni sərvətlərin çalındığını Hitlerə hesabat vermək üçün hazırlanırdı və belə albomların sayı 100-ə çata bilər.

Müharibənin sonunda 39 belə albomu abidələri, sənət əsərlərini və arxivləri müdafiə edib qorumaq məqsədi ilə birləşən ekspert qrupu aşkarlamışdı.

Bu qrup “Monuments Men”—“Abidələrin müdafiəçiləri” adlanırdı və Avropa mədəni irsini yox olmaqdan qurtarmaq üçün birləşmişdi.

Həmin albomlar Avropada nasist cinayətlərinin axtarışında maddi sübut kimi göstərilib və 1947-ci ildə ABŞ Milli Arxivinə təhvil verilib.

Abidələrin Müdafiəsi Fondu müharibə dövründə fəaliyyət göstərən ekspertlər qrupunun xatirəsini yaşatmaqla bərabər, nasistlərin müsadirə etdiyi mədəni sərvətlərin axtarışını davam etdirir.

2013-cü ildə George Clooney-nin bu qəhrəman sənətşünaslara - ABŞ və Böyük Britaniya ekspert qrupuna həsr edilmiş məşhur filmindən («The Monuments Men») sonra, daha 4 albomun tapıldığı bildirilir.

Elə mayın 8-də həmin albomlardan biri ABŞ Milli Arxivinə təhvil veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG