Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:49

«Bankir adaxlı» yenidən evlənəcək!


«Bankir adaxlı» tamaşasının afişası
«Bankir adaxlı» tamaşasının afişası
-
Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın «Bankir adaxlı» tamaşası bərpa edilir.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, 14 illik fasilədən sonra «Bankir adaxlı» tamaşasının ikinci bərpası xalq artisti Afaq Bəşirqızına tapşırılıb.

Tamaşanın ilk premyerası, 2000-ci il mayın 12-də, rejissor Faiq Zöhrabovun quruluşunda olub.

Afaq Bəşirqızı ikinci bərpanı tamaşaçı tələbatı ilə əlaqələndirir: ««Bankir adaxlı» tamaşası vaxtilə teatrın ən çox sevilən, anşlaqla keçən, seyrçi korluğu çəkməyən quruluşlarından biri olub. Seyrçilər yeni tamaşalarla yanaşı, retro tamaşalara baxmaq istəyirlər. Həm teatra, həm də birbaşa mənim özümə dəfələrlə istək zəngləri olub.
Xüsusilə də «Xanuma», «Yeddi məhbusə anası», «Bankir adaxlı» ən çox tələb olunan tamaşalardır».

İlk tamaşa mayın 24-də olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG