Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:26

6 ay komada olan jurnalist vəfat edib


-
Ötən ilin noyabrında maşın vurması nəticəsində komaya düşən Avropa.info-nun əməkdaşı Sahib İslamov mayın 8-də səhər saatlarında vəfat edib.

Bu haqda mətbuata Sahib İslamovun qardaşı xəbər verib.

Sahib İslamovu ötən il noyabrın 1-də Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yüksək sürətlə keçən avtomobil vuraraq yolun kənarına atıb. Qəza törədən avtomobil sürücüsü onu Musa Nağıyev adına xəstəxanaya çatdırıb.

Həkimlər Sahib İslamovun beyin hüceyrələrinin öldüyünü və onun sağalma ehtimalının az olduğunu bildirmişdilər. O, 6 ay idi ki, koma vəziyyətində idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG