Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:24

«Ayna-Zerkalo» qəzetlərinə ayrılan maliyyə vəsaiti dayandırılıb


Azerbaijan -- Chief Editor of Zerkalo newspaper Elchin Shikhli, Jul2009

Azerbaijan -- Chief Editor of Zerkalo newspaper Elchin Shikhli, Jul2009

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİV DF) «Ayna-Zerkalo» qəzetlərinə ayrılan maliyyə vəsaitini dayandırıb. Bunu AzadlıqRadiosuna qəzetlərin baş redaktoru Elçin Şıxlı deyib:

««Zerkalo» qəzeti gündəlikdən həftəliyə keçdiyindən mən Fonda bu barədə məlumat verdim və yazdım ki, biz gündəlik çıxa bilmədiyimiz üçün Fondla imzalanan öhdəlikləri yerinə yetirə bilmirik. Məktubda onu da qeyd etmişdim ki, əgər öhdəlikləri həftəlik qəzetlə davam etdirmək olarsa bizə maliyyə vəsaiti ayrılsın. Cavab verdilər ki, dayandırırıq. Belə məsləhət biliblər. Fond «Zerkalo» qəzetinə 2013-cü il üçün 30 min manat ayırmışdı. Vəsait hər 3 ay üçün 10 min manat olmaqla qəzetin hesabına köçürülürdü».

Fonddan verilən məlumata görə, qəzetlə imzalanan müqavilədə şərtlərdən biri kimi qəzetin ayda 20 dəfə çıxması göstərilib. «Zerkalo» qəzeti həftəliyə keçdiyindən belə bir qərar qəbul edilib.

Türkiyədəki müxbiri Rauf Mirqədirovun həbsindən sonra rusdilli «Zerkalo» qəzeti gündəlikdən həftəlik fəaliyyətə keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG