Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:29

Çində tənqidçi jurnalist tutulub


Çinin rəsmi Xinhua agentliyi yazır ki, hakimiyyət dövlət sirlərini xaricilərə ötürməkdə ittiham olunan tənqidçi jurnalist və siyasi fəalı saxlayıb.

Dövlət televiziyası 70 yaşlı kişi jurnalistin ittihamları etiraf etməsinə dair kadrlar yayıb.

Jurnalist Gao Yu-nun həbsi Pekində 1989-cu ildə demokratiya fəallarına hücumunun 25-ci ildönümü ərəfəsində sonuncu saxlanmadır.

Gao 1989-cu ildə etirazçıların tanınmış tərəfdarı olub, əvvəl dövlət mediasında işləyib.

1993-cü ildə dövlət sirrini yaydığına görə, altı illiyə ittiham olunub.
XS
SM
MD
LG