Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:26

Bakıda Qız Qalası Beynəlxalq İncəsənət festivalı keçirilir


-
Artıq 5-ci ildir ki, Bakıda Qız Qalası Beynəlxalq İncəsənət festivalı keçirilir. Təşkilatçılar İçəri Şəhər Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsi, Müasir İncəsənət Muzeyi,H. Əliyev Fondu, Qız Qalası Qalereyası və İDEA-dır (İnternational Dialogue for Enviromental Action).

Festivalın məqsədi Bakının simvolu olan Qız Qalasını qlobal miqyasda təbliğ etməkdir. Hər il bu festivala dünyanın müxtəlif ölkələrindən rəssamlar qatılır.

Festival 2010-cu ildən keçirilir. Rəssamlar Qız Qalası maketinin üzərini öz milli üslublarında bəzəməklə müxtəlif mədəniyyətlərin sintezini əks etdirən əsərlər yaradırlar. Bu əsərlər Qız Qalasının dünya irsinin bir hissəsi kimi təbliğinə xidmət edir.

Bu il festivala Yunanıstan, Tacikistan, Misir, Yaponiya, Çin, Avstraliya, Rusiya, Azərbaycan, Vyetnam, Çexiya, Kanada, Benin, Moldova və digər ölkələrin nümayəndələri qatılıb.

Festival mayın 9-na kimi Qız Qalasının qarşısında keçiriləcək.
XS
SM
MD
LG