Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:17
«Art for Democracy» («Demokratiya naminə incəsənət») hüquq müdafiə kampaniyasının tədbiri yenə baş tutmayıb. Kampaniya saytının və Azərbaycanda incəsənət sahəsində azadlığın vəziyyəti haqqında hesabatının təqdimatını keçirməliydi.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, tədbirin başlamasına 30 dəqiqə qalmış tədbirin keçiriləcəyi Central Park Hotel təşkilatçılara zəng edərək, onun təxirə salındığını deyiblər.

Hüquq müdafiəçisi Rəsul Cəfərovun sözlərinə görə, tədbir üçün ödəniş mayın 7-də edilib. Oteldən tədbirin ləğv edilməsini oteldə yaranan fövqəladə vəziyyətlə izah ediblər.

Bundan əvvəl aprelin sonunda Grand Hotel-də planlaşdırılan tədbir baş tutmayıb. Tədbirdən bir gün əvvəl oteldən təşkilatçılara bildiriblər ki, tədbir «qaz sızması» ilə əlaqədar ləğv edilir və məkanın icarəsi üçün verilmiş pul geri qaytarılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG